PİSLƏŞMƏK

f.
1. Getdikcə pis olmaq, keyfiyyətini itirmək, xarablaşmaq. Məhsul pisləşib.
2. Halı, vəziyyəti daha da xarab olmaq, daha da pis olmaq, ağırlaşmaq, kəskinləşmək, fənalaşmaq.
Getdikcə Məmməd sövdəgərin əhvalı pisləşirdi. Aşıq Qərib”.
Almanlar əsirləri italyan torpağına gətirdikdə Məzlumun vəziyyəti daha da pisləşdi. S.Vəliyev.

// Maddi və ya mənəvi vəziyyəti getdikcə xarab olmaq, ağırlaşmaq.
Torpaqsız kəndlinin bəd idi falı; Pisləşirdi onun gün-gündən halı. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PİSLƏŞMƏK xarablaşmaq — ağırlaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • PİSLƏŞMƏK PİSLƏŞMƏK – YAXŞILAŞMAQ ...Xəstəxanada yatan arvadının əhvalı getdikcə pisləşirdi (S.Qədirzadə); Xəstənin yaxşılaşması, irəli gəlməsinin bir səbəbi də
PİSLƏŞMƏ
PİSLİK

Digər lüğətlərdə

наруга́тель пре́сно рассмотре́ть ротаци́зм Ры́жий ры́царь бу́ндесы заса́ливание переку́пщица пистоль Тьмуторокань affectation dry-castor found object horntail Madurai manpower ceiling mark moot hall service station Sudra theme голословность курение фасонный