PORSUQ OYUNU OYNAMAQ
PRİNSİPƏ DÜŞMƏK (GETMƏK)
OBASTAN VİKİ
Prinsip
Prinsip (lat. principium, yun. αρχή) — nəzəri fəlsəfədə faktların fikirlərdə bir sistemlə birləşməsi. Qədim yunanlarda fəlsəfə prinsiplərdən başlayır. Adı çəkilən filosoflar aşağıdakıları mövcudluğun əsası kimi götürürlər: su — Falesdə; hava — Anaksimendə. Fəlsəfənin əsas məqsədi məhz hər şeyin əsasını təşkil edən prinsipi tapmaqdır. Metafizikanın prinsipinin norması belədir. Bu prinsip daxili birliyə malik olmalı, aydın və daxili cavabdehlik olmalıdır. Prinsip — praktiki fəlsəfədə davranış qaydası. Məsələn, Qurandakı tələblərin böyük bir hissəsi mənəviyyata aiddir.
Kosmoloji prinsip
Kainat bircinsli və izotropik olaraq genişlənir. Bu Kosmoloji prinsip adlanır.
Qavrilo Prinsip
Qavrilo Prinsip (serb-kiril. Гаврило Принцип; 13 (25) iyul 1894 – 28 aprel 1918[…]) – 1914-cü il iyunun 28-də Sarayevoda Avstriya taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandı və onun xanımı Sofiya Hohenberqi qətlə yetirmiş serb milliyyətçisi. Bu qətl Birinci dünya müharibəsinin başlanması üçün bəhanə rolunu oynamışdır. == Həyatı == Milliyyətcə serb olan (üzərində qurulmuş məhkəmə prosesinin stenoqrafik hesabatına görə, yəhudi) Prinsip Bosniya və Herseqovinanın Oblyay kəndində kasıb poçtalyon ailəsində anadan olmuşdu. Doğulduğu ailədə 9 uşaqdan 6-sı erkən yaşda xəstəlikdən ölmüşdü. Özü isə hələ körpə vaxtlarından vərəm xəstəliyindən əziyyət çəkirdi. Sarayevo və Tuzlada orta məktəbi bitirdikdən sonra 1912-ci ilin mayında Belqrada gəlir və Serbiyada gizli fəaliyyət göstərən anarxist-millətçi "Mlada Bosna" (Gənc Bosniya) təşkilatına üzv olur. Bu təşkilat Serbiyada fəaliyyət göstərən "Çerna Ruka" (Qara əl) cəmiyyətinin bir qolu idi. == Qətl == 1914-cü il iyunun 28-də ershersoq Frans Ferdinand və xanımı Sofiya Hohenberq Avstriya-Macarıstan imperiyasının Bosniya və Herseqovinadakı canişini general Oskar Potiorekin dəvəti ilə hərbi təlimlərin gedişini izləmək məqsədilə Sarayevoya gəldilər. Dəmir yolu vağzalından şəhərin mərkəzinə doğru irəliləyən avtomobil korteji qabaqcadan onları gözləyən və aralarında Qavrilo Prinsipin də olduğu 6 nəfərdən ibarət terrorçu qrupun hücumuna məruz qaldı.