Protomətnin mövcudluğu
bu, mətnyaradıcılıq fəaliyyətidir ki, metamətni yaradan subyekt (bax, metamətn subyekti). Metamətn yaradılmasında əldə rəhbər tutulan aspektlər - əlaqənin semantik, üslubi, aksioloji, müəllif strategiyası və imkanı. Protomətni - metamətn münasibətlərini biz invariant və variant arasında münasibət kimi müəyyənləşdirə bilərik. Metamətnin şərti mövcudluğu - protomətndir. Protomətnin mühüm komponenti metamətndə semantik (yerdəyişmə) ötürmələrin köməyilə realizə olunur. Metamətn protomətni onun üslubunun, (tematik və dil quruluşu) modelləşdirmə yolu ilə reallaşdırır, protomətnin üslubi modelləşdirilməsi eksperiment xarakteridir. Belə ki, metamətn protomətni mütləq şəkildə nə yenidən yarada, nə də təkrar edə bilər (tərcümə heç bir halda orijinalı olduğu kimi əks etdirə bilməz). Metamətn müəllif strategiyasının dəyəridir, o orjinala söykənir. Müəllif aşkar, yaxud gizli mətnlərarası əlaqələr görə bilər. Onun həlli bəzi hallarda üslubi priyom xarakteri daşıyır. Müxtəlif mətnlər arasında münasibətlər mətnin ayrı-ayrı elementləri səviyyəsində, yaxud elə bütöv mətn üzərində qurula bilər. Metamətnlə protomətn arasındakı münasibətləri transformasiya xarakteri nöqteyi-nəzərdən interpretasiya etmək olar ki, onu metamətndə (imitativ, selektiv, reduasiya və komplementar əlaqə səviyyəsində) həyata keçirmək olar.