QƏDİMƏ
QƏDİMXAN
OBASTAN VİKİ
Qədiməli Əhməd
Arif Qədiməliyev
Arif Qədiməliyev (13 iyul 1975, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir. == Döyüşlərdə iştirakı == Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13-17 mart hadisələri (1995) zamanı şəhid olub. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Davud Qədiməliyev
Davud Əli oğlu Qədiməliyev - N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru. == Fəaliyyəti == 7 noyabr 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. Mordoviya Dövlət Universitetinin fizika fakültəsini bitirib (1975). Bioloji elmlər namizədi (1985), bioloji elmlər doktoru (2003). Dosent (1994). MDU biotexnologiya kafedrasının professoru (2003 - 2013 ). Professor (2013-ci ildən hal-hazıradək). Mordoviya Dövlət Universiteti yanında «biotexnologiya», «ekologiya», «aqrokimya», «ümimi torpaqşünaslıq» ixtisasları üzrə iki doktorluq dissertasia şurasının, fakültə elmi şurasının, fakültə attestasiya komissiyasının üzvü, bioloji elmlər üzrə ekspertlər şurasının sədridir. Rusiya biotexnoloqlar cəmiyyətinin, Rusiya biofizikləri cəmiyyətinin, Moskva təbiət sınaqçıları cəmiyyəti Mordoviya şöbələrinin üzvüdür. Elmi maraq sahələri – kompozisiya materialları biotexnologiyası, biokatalizatorlar, sənaye ekologiyası.