QASİM

QASİM1

ə. 1) bölən, bölüşdürən, bölücü; 2) şərik olan (dərdə); 3) riyaziyyatda: məxrəc. Qasimi-rizq ruzi bölən, canlıların, xüsusilə də insanların ruzisini paylayan (Allah nəzərdə tutulur).

QASİM2

ə. 1) sındıran, qıran, dağıdan; 2) çatlayan, sınan.

QASİM3

ə. bədbəxtlik, bəxtsizlik.

QASİL
QASİR
OBASTAN VİKİ
Qasim xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486) (Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512) Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600) Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610 Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasim Amin
Qasim Amin (1 dekabr 1863, İsgəndəriyyə – 23 aprel 1908, Qahirə) — Misirli hüquqşünas, filosof, siyasi və ictimai xadim, Misir milli hərəkatının və Qahirə Universitetinin yaradıcılarından biri,qadın hüquqları uğrunda mübarizə aparan ərəb yazıçısı. == Haqqında == Əmin Qasım ailəsi İsgəndəriyyəyə köçməzdən əvvəl Kürdüstanda Osmanlı valisi olmuş, həm Kürdüstanda, həm də Misirdə böyük mülklərə sahib olan nüfuzlu bir ailə idi. Milliyəti kürd idi. Misirin ən imtiyazlı məktəblərindən birində oxuyub, 1881-ci ilə qədər ilk hüquq təhsilini alıb və daha sonra xaricdə təhsilini davam etdirmək üçün dövlət təqaüdü qazandı və dörd il Fransada təhsilini davam etmişdir. O, bütün həyatı boyu Misirdə həyatın bütün sahələrinin maksimum avropalaşmasının, Qərb təhsil sisteminin tətbiqinin və misirli qadınların kişilərlə bərabər hüquqlarının təmin edilməsinin qızğın tərəfdarı olub, bir çox əsərlərində Qurani-Kərimin qadının kişidən , daha az hüquqa sahib olduğunu öyrətmədiyini və bunu konkret sitatlarla təsdiqlədiyini iddia etdi. == İstinadlar == == Ədəbiyyat == Борисов В. М., Современная египетская проза, М., 1961 Фахури Ханна, История арабской литературы, т.
Qasim Məmmədhəsənov
Məmmədhəsənov Qasim Bilal oğlu (18 dekabr 2001, Moskva – 21 sentyabr 2023, Xocalı) — Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri, lokal xarakterli antiterror əməliyyatı şəhidi. == Həyatı == Məmmədhəsənov Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuşdur. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilmişdir. 2003-cü ildə doğma Sabirabad rayonunun Qaraqaşlı kəndinə ailəsi ilə qayıtmışdır. 2007-ci ildə həmin kəndin orta məktəbin 1-ci sinfinə qədəm qoymuşdur. 2018-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2018-ci ildə 467 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsi fakültəsinə daxil olmuşdur. 2022-ci ildə həmin universiteti bitirmişdir. == Döyüş yolu == 2022-ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanmışdır. İlk hərbi xidmətini Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra Şuşa şəhərində N saylı hərbi hissədə davam etdirmişdir.
Əbül Qasim Harun
Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan — Atabəy Özbək dövründə fəaliyyət göstərmiş vəzir. Onun adı Sədəddin Vəravininin "Sirat Cəlaləddin Məngburni" əsərində çəkilir. Təbrizdə kitabxana açdırmışdır. Bir müddət Əlaəddin Xarəzmşah tərəfindən həbs olunmuşdu. Cəlaləddin dövründə istefaya getmiş və açdığı mədrəsədə din işləri ilə məşğul olmağa başlamışdır. 1227-ci ildə hələ sağ idi.
Qasim ibn Abbas
Qasim ibn Abbas (ərəb. قَاسِم ٱبْن عَبَّاس‎) — bəzi mənbələrdə Kərbəla döyüşü şəhidləri arasında hesab edilir, sonrakı mənbələrdə Qasim ibn Abbas anası Lübabə binti Ubeydullah ibn Abbas olmaqla Abbas ibn Əlinin oğlu kimi qeyd edilir. O və qardaşı Fəzl Kərbəla döyüşündə həlak oldular.
Aqil Qasimov Qadir
Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri. == Həyatı == Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur. 1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir. 1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir. 2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir. 2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 1.
Əhmədcan Qasimi
Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. == Həyatı == 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.
Seyid Məhəmməd Qasimiyan
Seyid Məhəmməd Qasimiyan (fars. سیدمحمد قاسمیان ‎ 4 aprel 1995-ci ildə anadan olub, Yasuc) İranlı yazıçı, rejissor, bədii rəhbər və İran televiziyasının prodüseridir. == tərcümeyi-halı == Seyid Məhəmməd Qasemian İranın Yasuc şəhərində anadan olub. O, teatr rejissorluğu üzrə magistr dərəcəsinə malikdir və hazırda ali təhsilin idarə edilməsi üzrə doktorantdır. Seyid Mohammad Ghasemian televiziya sahəsində peşəkar karyerasına 2014-cü ildə IRIB TV1-də Novruzun xüsusi proqramı ilə başlayıb. Bundan sonra Seyid Mohammad Ghasemian IRIB TV2-nin Asre Khanevade proqramında çalışaraq özü üçün uğurlu təcrübə yarada bildi.