QAYAXAN

möhkəm xan, yenilməz xan.
QAYACAN
QAYARUH
OBASTAN VİKİ
Qayaxan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.