QİM

(Bakı)
qamışa oxşar bitki
QİLİNDƏNƏ
QİMİL
OBASTAN VİKİ
Maitre Qims
Maître Gims Fransız bəstəkarı və repçisi. O 1986-cı il mayın 6-da Kinşasada (Konqo Demokratik Respublikasında) musiqiçi ailəsində anadan olmuşdur. Atası Papa Wemba qurupunda oxumuşdur. Qardaşı isə Sexion d'Assault qurupunun üzvu olmuşdur. 2004 ildə islam dinini qəbul edib. Evli, 4 uşağın atasıdır. Ən yaxşı mahnısı "bella"-dır.
Mariya Qimbutas
Marija Gimbutas (litvaca: Marija Gimbutienė; 23 yanvar 1921, Vilnüs[…] – 2 fevral 1994, Los-Anceles, Kaliforniya) — Litva-Amerika arxeoloqu və antropoloqu idi. Neolit ​​və Tunc dövründə mövcud olan "Qədim Avropa" mədəniyyətlərini öyrənmiş; Hind-Avropa dil ailəsinin vətənini təsvir edən kurqan hipotezini irəli sürmüşdür. Vilnüs Universitetinin məzunudur.
Qimnamöblər
Qimnamöblər yarımsinfi (lat. Gymnamoebia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Hüceyrənin forması dəyişkəndir, sərt pellikulası yoxdur. Formaca və ölçücə müxtəlif psevdopodiyalar əmələ gətirit. Ektoplazma yaxşı diferensasiya olunur, endoplazmada çoxlu dənəciklər və müxtəlif törəmələr var. Nüvəsi birdir, ancaq bir neçə nüvəli fərdlərdə mövcuddur. Sadə bölünmə yolu ilə çoxalır. Bəzi qruplarda cinsi proses məlumdur. Əlverişsiz mühit şəraitində sista mərhələsinə keçir. Əsasən bakteriyalarla qidalanır, ancaq qida kimi yosunlardan, xırda ibtidailərdən və.s istifadə edə bilər.
Raqib Qimayev
Raqib Nəsrətdin oğlu Qimayev (başq. Рәғиб Насретдин улы Ғимаев; 1 yanvar 1935 — 29 yanvar 2016, Ufa) — başqırd əsilli SSRİ və Rusiya alimi, texniki elmlər doktoru, professor, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü (1999), Başqırdıstan Dövlət Universitetinin 1981-1999-ci illərdəki rektoru. Başqırd Muxtar Sovet Sosialist Respublikası Kiqinski rayonu, İbrayevo kəndində anadan olmuşdur. Milliyyətcə başqırddır. 1958-ci ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirmiş və 1963-cü ilə qədər Yeni-Ufa Neftayırma zavodunda işləmişdir. 1976-cı ildən Ufa Dövlət Neft Texniki Universitetində Neft və Qaz texnologiyaları kafedrasında aparıcı üv olmuşdur. Sonradan isə Başqırdıstan Dövlət Universitetində tenologiyalar fakultəsində dekan işləmişdir. 1981 - 1999-cu illər ərzində isə Başqırdıstan Dövlət Universitetinin analitik kimya və ümumi kimya texnologiyaları kafedrasının aparıcı üzvü və ümumilikdə universitetin rektoru olmuşdur. Raqib Qimayev neft və qazın kimya emalı sahəsində dünya nüfuzuna malik bir mütəxəssisdir. Neft xammalına əsaslanan karbon materialları istehsalı üçün elmi məktəb yaradıcısıdır.
Salvia qimenensis
Salvia qimenensis (lat. Salvia qimenensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Venera Qimadiyeva
Venera Qimadiyeva (tatar. Венера Фәрит кызы Гыймадиева 28 may 1984, Kazan) — tatar əsilli rus opera müğənnisi (soprano), Böyük Teatrın solisti (2011—2017). Rusiya Federasiyası Prezident mükafatçısı (2012) və Qızıl Maska Teatr Mükafatı (2014) laureatı. Baykal Gölü Vəqfi İctimai Şurasının üzvüdür. Qimadiyeva Tatarıstanın Qazan şəhərində hərbçi və riyaziyyat müəllimi ailəsində anadan olub. 2003-cü ildə Qazan Musiqi Kollecini xor dirijorluğu ixtisası üzrə bitirib. 2004-2009-cu illərdə Venera Sankt-Peterburq Konservatoriyasında oxuyuR. Rimski-Korsakov Opera müğənniliyi kafedrasında, professor Svetlana Vladimirovnanın sinfində təhsil alır. 2008-ci ildə Venera Yu. I. Aleksandrovun rəhbərliyi ilə Sankt-Peterburq Operasına solist kimi dəvət edildi. Məhz orada Lusiya (Qaetano Donizettinin "Lusiya di Lammermur" əsəri), Qilda (Cüzeppe Verdinin "Riqoletto"), Lusiya (Benjamin Britten "Cızıqlanmış Lukresiya") kimi partiyalarda debüt edir.