Azərbaycan dastanlarının leksikası

  • QƏBİH ƏRƏB

    1. Çirkin, yaraşıqsız. 2. Qəbahətli, nalayiq, ləyaqətsiz. Seyfəlmülük fərağında, Gəzdim dərya qırağında, Bədiəlcamal sorağında, Qəbih camala uğradım

    Tam oxu »
  • QƏBZƏ ƏRƏB

    Qulp, dəstə, tutulacaq yer. (“Koroğlu” dastanının lüğəti) Hanı mənim qoç Koroğlum, Gələ girə bu meydana! Çəkəndə misri qılıncı Qəbzəsi qana boyana!  

    Tam oxu »
  • QƏCƏRİ

    Qacarlar tayfasına məxsus baş geyimi. (“Koroğlu” dastanının lüğəti) Koroğlu gördü ki, Nigar xanım öz kənizləri ilə onun ziyarətinə gəlir

    Tam oxu »
  • QƏCİR

    Yırtıcı quş; quzğun. (“Koroğlu” dastanının lüğəti) Dialektlərdə qəcər, qəcil, qajır formalarına rast gəlmək olur

    Tam oxu »
  • QƏDƏMƏK

    Dialektlərdə sıxışdırmaq mənasında işlənir. Abbas Dahaduruz bəy kimi pəhlivanı taxtiyə qədeyib, sən bu gecə onun başını kəsdirirsən, bəs bu zirəklik d

    Tam oxu »
  • QƏDƏMİ QUTSUZ

    Ayağı uğursuz, gəldiyi yerə uğursuzluq gətirən. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • QƏDİM

    Xədim, xidmətçi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • QƏFİLƏ ƏRƏB

    Birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan. Qəflə-qatır şəklində də işlənir. Necə tab gətirim mən belə dağa? Vüsalında yaman düşdüm irağa, Yüklə

    Tam oxu »
  • QƏFLƏ

    Bax: qəfilə. Kərəməm, yetmədim mən Əsli xana, Şay bildim ölümü bu yazıq cana, Gecə-gündüz qəflə işlər hər yana, Üz çevirib bu virana gələn yox!      

    Tam oxu »
  • QƏFLƏ

    Bax: qafilə. (“Koroğlu” dastanının lüğəti) Mal da, pul da, qəflə də, qatır da, nökər də hamısı qurbandı sənə

    Tam oxu »
  • QƏFLƏ-QATIR

    Bax: qafilə. (“Koroğlu” dastanının lüğəti) Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı Çənlibelin on beş, iyirmi ağaclığına

    Tam oxu »
  • QƏHƏR

    Bax: qəhr. (“Koroğlu” dastanının lüğəti)  Qoç Koroğlu qonar olsa yəhərə, Yağı düşmənləri salar qəhərə, Axurda arpasın qoymaz səhərə, Dara düşsəm, mənə

    Tam oxu »
  • QƏHƏRƏ SALMAQ

    1. Hiddətləndirmək, acıq cəkdirmək. 2. Mütəəssir etmək, kədərləndirmək. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • QƏHƏRLƏNMƏK

    1. Acıq çəkmək, hiddətlənmək, acığından boğulmaq. 2. Mütəəəsir olmaq, kədərlənmək, kövrəlmək, boğula-boğula ağlamaq

    Tam oxu »
  • QƏHR ƏRƏB

    1. Hiddət, qəzəb, acıq. 2. Bir məhrumiyyət, haqsızlıq üzündən doğan hədsiz ruhi əzab və iztirab. (“Koroğlu” dastanının lüğəti) Kal qoşub kotan əkməyən

    Tam oxu »
  • QƏLBİ

    Yüksək, hündür, uca. Eyvanını tikdiribsən qəlbidən, Sərraf olan dürrü seçər qəlbidən.                                         (“Müğüm şah”)          

    Tam oxu »
  • QƏLƏM-DAVAT ƏRƏB

    Qələm ilə mürəkkəbqabı birgə olan yazı ləvazimatı. (“Koroğlu” dastanının lüğəti) Qələm-davatmı götürüb, bir əlində imanı, bir əlində tumanı düşdü Koro

    Tam oxu »
  • QƏLƏMÇİ

    Katib, yazan, rəssam. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • QƏLƏNDARANƏ

    Dərvişanə, qayda-qanuna tabe olmayan, özbaşına. (“Koroğlu” dastanının lüğəti) Bolu bəyin gözətçiləri də ondan bir qədər aralı çadır qurmuşdular

    Tam oxu »
  • QƏLƏNDƏRİ

    Bax: qələndəranə. (“Koroğlu” dastanının lüğəti) Qoruğa çatdıqda gördü ki, Eyvaz bir qələndəri çadır qurub əlli-altmış atlı da yan-yörəsini kəsib

    Tam oxu »
  • QƏLƏT ƏRƏB

    Səhv, yanlış, xəta. (“Koroğlu” dastanının lüğəti) Koroğlunun sözün yazma qələtə, Hesab etmə qanmaza, nabələdə, Ruqiyyə xanımı gəl ver Məmmədə, Sən gəl

    Tam oxu »
  • QƏLYANALTI

    Səhər yeməyi. (“Koroğlu” dastanının lüğəti) Dona xanım təəccüblənərək dedi: – Ey Cəlali, indiyə kimi qəlyanaltı eləməmisən? (Paris nüsxəsi, 12-ci məcl

    Tam oxu »
  • QƏMDAĞIDAN KAĞIZ

    Qumar kağızı. Bu vaxt lotubaşı əlini cibinə salıb bir dəstə qumar kağızı çıxartdı, araya atdı. Rəsul lotubaşıdan xəbər aldı: – Əmi, bu kağızlar nə ola

    Tam oxu »
  • QƏMƏ

    Kiçik xəncər. (“Koroğlu” dastanının lüğəti) Misri qılınc, ləzgi qəmə, Mən səni tər saxlamışam, Dolaşma cübbə-covşənə, Düşmana var saxlamışam

    Tam oxu »
  • QƏMƏR1 ƏRƏB

    Ay. Klassik şeirdə gözəl üz mənasında işlənir. Günəş nə yandırıb, qəmər nə yaxar, Qətrələr oynayıb ümmana axar

    Tam oxu »
  • QƏMƏR1 ƏRƏB

    Ay // aşıq şeirində və klassik ədəbiyyatda gözəl üz mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti) Bircə dindir Dəmirçioğlunun özünü, Şəmsü qəmər ki

    Tam oxu »
  • QƏMXAR

    ərəb. qəm, fars. ...xar Birinin dərdini çəkən, qəminə qalan, qəm yoldaşı; qəmküsar. Baş götürüb ayağına gəlmişəm, Soltanım, Leylini səndən istərəm, Öz

    Tam oxu »
  • QƏMZƏ1 ƏRƏB

    Naz və işvə ilə süzgün baxış. (“Koroğlu” dastanının lüğəti) Hərdən işvə, qəmzə satan, Mənimlə ixtilat qatan

    Tam oxu »
  • QƏMZƏ ƏRƏB

    Naz və işvə ilə süzgün baxış. Müjgan atdı, dəydi, keçdi sinəmdən, O cadu qəmzələr busudan gəlir.                              (“Abbas və Gülgəz”)

    Tam oxu »
  • QƏNDİL ƏRƏB

    Çilçıraq, çıraq; asma lampa. Bilirsənmi peyğumbərin yaşını? Hansı yerdə şəhid etdi dişini? O kimdi ki, kəsdi qəndil daşını? O nəyə bənd oldu, nədən as

    Tam oxu »
  • QƏNİ ƏRƏB

    Varlı, dövlətli, zəngin. (“Koroğlu” dastanının lüğəti) Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun y

    Tam oxu »
  • QƏNİM ƏRƏB

    Düşmən. (“Koroğlu” dastanının lüğəti) Üstümüzə gəlir qənim, Gəldiyini sizə deyim, Yarı sizin, yarı mənim, Söhbətdimi, sazdımı ola?                  

    Tam oxu »
  • QƏNŞƏR

    Qabaq, ön. (“Koroğlu” dastanının lüğəti) Özü də qənşər tərəfdən gedəcəyəm. (“Həmzənin Qıratı aparmağı”)

    Tam oxu »
  • QƏPİK-QURUŞ

    Azaçıq pul, əhəmiyyətsiz məbləğ. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • QƏRAYİB

    Əcaib, qəribəlik. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • QƏRƏZ ƏRƏB

    Xülasə, qısası. (“Koroğlu” dastanının lüğəti) Qərəz, bu məclisdə bir səs-küy qalxdı ki, ağız deyəni qulaq eşitmədi

    Tam oxu »
  • QƏRİBİ BURDA AĞLAMAQ TUTDU

    Vəziyyətin çox ağır, çıxılmaz olduğunu bildirmək üçün işlədilən ifadə. Bu ifadə “Aşıq Qərib” dastanı ilə əlaqədar yayılmışdır

    Tam oxu »
  • QƏRZ ALMAQ

    Borc almaq.

    Tam oxu »
  • QƏRZ ƏRƏB

    Borc. Bil adımdı Aşıq Alı, Qərzi sünnət qılıram. Əlif Allahın adıdı, Bey peyğəmbər bilirəm.           (“Aşıq Alı və Əsmər xanım”)

    Tam oxu »
  • QƏRZƏN

    Borc olaraq.

    Tam oxu »
  • QƏSƏM ƏRƏB

    And. (“Koroğlu” dastanının lüğəti) Çay kimi coşmuşam, daha sönmərəm, Əsgər nədi, qoşun nədi qanmaram, Qəsəm olsun bu meydandan dönmərəm, Axır suda sın

    Tam oxu »
  • QƏVİ ƏRƏB

    Qüvvətli, güclü, möhkəm. Cəhənnəm mərgini sənə qıllam nuş, Fayda verməz sənə qəvi xan, haramı.                                               (“Sam şah

    Tam oxu »
  • QƏVVAS ƏRƏB

    Su altında qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. Qəvvas çəkər dəryaların dürrünü, Bilmək olmaz Yaradanın sirrini

    Tam oxu »
  • QƏVVAS ƏRƏB

    Su altında inci və s. qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. (“Koroğlu” dastanının lüğəti) Qəvvas kimi dəryalara dal

    Tam oxu »
  • QƏVVAZ

    Bax: qəvvas. (“Koroğlu” dastanının lüğəti) Atı minmişəm gəzməyə, Düşman bağrını əzməyə, Tona çayını üzməyə Qırat bir qəvvaz olaydı

    Tam oxu »
  • QƏZAB

    Qəzəb. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • QƏZAL ƏRƏB

    Ahu, buynuzu hələ çıxmamış ceyran balası (klassik seirdə gözəl, dilbər mənasında işlənir). Bir gülbədən, qonça dəhən Baxır solu sağa, gəlir

    Tam oxu »
  • QƏZALƏ

    Dişi ceyran, dişi ceyran balası.

    Tam oxu »
  • QƏZİYƏ

    Bax: qəziyyə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • QICIRDI

    Qıcırtı, qıcır-qıcır etmə, qıcıqlayan səs. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »