QIZ

Mənbələrdə qısır qısraq ifadəsi var və hələ cinsi əlaqəyə girməmiş dişi ata deyiblər. Zənn edirəm ki, qısır sözünün qədim mənası qız sözü ilə eyni olub. Evli qadın qız adlandırılmır, qız yalnız ərə gedənə qədər qız adlanır. Deməli, qızqısır eyni kökə malikdir. İndi qısır sözünün mənası dəyişib, bakirə olmayan heyvan da doğmursa, ona qısır deyirlər. Tuva dilində qız (qıs) “dişi” mənasında da işlədilir. Bizdə cici kəlməsi dişi sözünün təhrifindən yaranıb. Qız sözünü “bakirə dişi” kimi başa düşmək olar. Tuva dilində qancıq yerinə, qız it birləşmə­sin­dən istifadə edirlər. Rus dilində дочь доить sözləri eyni kökə malikdir дочь –“süd verə bilən”, yəni “dişi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QIYMAQ
QIZ QALASI
OBASTAN VİKİ
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Lolipop Qız
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda birçox insanın maraqla axtardığı Lolayı hələ də heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələdə sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələdə kəşf edilməyi gözləyir.
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Qız-qov
Qız-qu
Qız (bürc)
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız (dəqiqləşdirmə)
Qız
Qız Qala
Qız Qala (Qoşaçay)
Qız Qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Qız monastırı
Qız monastırı - Şuşa şəhəri ərazisində yerləşən, XVIII-XIX əsrlərə aid tarixi monastır kompleksi. Yaşıl kilsə Alban Həvari kilsəsi Qazançı kilsəsi "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 6 may 2022.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qız qülləsi
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Sarı qız
Sarı qız — türk və monqol inanclarında mifoloji surət. Sarı qız surəti bütün türk xalqlarının mifologiyasında, inanclarında yeri olan hami ruhlardandır. Başlanğıcını qədim türk inanclarından götürmüş Sarı qız türk və monqol mifologiyalarında ortaq inaclardan gələn qədim köklü surətdir. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində "Taqnınq ezi Sarı kıs" (azərb. "Dağ əyəsi Sarı qız"‎) şəklində rast gəlinir. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılmışdır. Qazax, qırğız və başqırdlarda "Sarı qız" surətində ruhun varlığına inanılmışdır. Dağ əyəsi, ruhu olan Sarı qızla türk mifoloji surətlərindən pərilərin – gözəgörünməz gözəl qızların əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik olması hesab olunur. Sarı qızın daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə araşdırılıb. Bəha Səid bəy 1926-cı ildə çap olunmuş "Türk yurdu" dərgisindəki yazısında Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat vermişdir.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Uzanmış qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Şahzadə qız
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Şokoladçı qız
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib. Şəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir.
Şahzadə (qız)
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Qız bürcü
Qız (lat. Virgo) — zodiakal bürc.
Gözəl bağban qız
Gözəl bağban qız (it. Belle Jardinière) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gözəl bağban qız" əsəri hal-hazırda Parisdə, Luvr muzeyində saxlanılır.
Havuş qız qalası
Havuş qız qalası — Şərur rayonunun Havuş kəndinin şərqində sıldırım qayalar üzərində abidə. Qayanın içərisində oyulmuş tacvari sonluqdan ibarətdir. Xalqa arasında "Qız evi", "Qız qayası"da deyirlər. Abidənin orta əsrlərə aid olması ehtimal edilir.
Hörgüçü qız (Buqro)
"Hörgüçü qız" (fr. La Couseuse) — fransız akademik rəssamı Vilyam Buqronun 1869 – cu ildə işlədiyi rəsm əsəri. Əsər təsvir edilmiş qızın xarici görünüşünə görə bəzən "Hörgüçü Anna" da adlandırılır. Əsər hazırda ABŞ-də Omaha, Nebraska şəhərindəki Coslin İncəsənət Muzeyində saxlanılır.
Ayşə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası — 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 2007/2008 mövsümündə qitə arenasına çıxmışdır.
Ağ Qızlar
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır. Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur. Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.
Ağ qızılgül
Ağ qızılgül (lat. Rosa alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Sibir, Avropa, Asiya və Şimali Amerikada yayılmışdır. Hündürlüyü 2-3 m olan koldur. Budaqları və gövdəsi möhkəm, qarmaqvari tikanlarla örtülmüşdür. Yarpaqları ellipsvari və ya tərs yumurtavari olmaqla 3-5 ədəddir. Yarpaqcıqlarının kənarı zəif dişlidir. Üst və alt hissədən zəif tükcüklərlə örtülüdür. Çiçəkləməsi may ayının əvvəllərindən başlayaraq iyun ayının axırına qədər davam edir. Bu növ vegetasiya müddətində bir dəfə çiçəkləyir.
Ağ qızılgül körpüsü
Ağ qızılgül körpüsü (lit. Baltosios rožės tiltas) — Litvanın Alitus şəhərində, Nemunas çayı üzərindəki piyada körpüsü. Litvanın ən yüksək piyada və velosiped körpüsüdür. 1899-cu il dəmir yolu körpüsünün sağlam qalan sütunları üzərində 2013-2015-ci illərdə tikilib. Kəndirlə tullanmaq üçün bir əyləncəli yerdir. Şəhərin mərkəzini I Alitus rayonu və çayın şərq sahilindəki kurqanla birləşdirir. Körpünün yanında “Çiçək” (lit. Lelijos žiedas) abidəsi var. Körpüdən axın üzrə yuxarıda Kanyuk körpüsü, aşağıda isə Antanas Yuozapaviçius körpüsü yerləşir. Dəmir yolu körpüsünün adı olmçamıəşdır.
Balıq qızartması
Bayramlı mis-qızıl təzahürü
Başqa Boleyn qızı (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Başqırdıstan qızı
Başqırdıstan qızı (başq. Башҡортостан ҡыҙы) — Başqırd dilində aylıq buraxılan sovet və rus ədəbi və bədii jurnal, hədəf auditoriyası qadın və ailələrdir. Jurnal, Sov.İKP Mərkəzi Komitəsinin Katibliyinin 22 mart 1967-ci il tarixli və Başqırd Regional Partiya Komitəsinin 1967-ci il 18 aprel tarixli qərarları əsasında 1 yanvar 1968-ci ildən nəşr olunur. 5 Noyabr 1991-ci ildən jurnalın təsisçiləri bunlardır: Başqırdıstan qurultayı, BR Hökuməti və " "Başqırdıstan qızı" jurnalının redaksiyası" Unitar Dövlət Müəssisəsi. 28 iyul 1995-ci il Başqırdıstan Mətbuat və Media Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. "Başqırdıstan qızı" jurnalının əsas proqramma məqsədi və vəzifələri oxucuları Başqırdıstan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatı ilə tanış etməkdir; bundan əlavə qadınların ictimai-siyasi həyatda iştirakı, mənəviyyat və tərbiyə problemləri, ailənin möhkəmləndirilməsi, insanlara və diyara sevginin artırılması mövzularını əhatə edir. Tərbiyə, təhsil, səhiyyə, mədəniyyət və əxlaq problemlərinə aid materiallar daim çap olunur. Jurnal qadın yazıçı və şairlərin əsərlərinə xüsusi diqqət yetirir. Jurnal Başqırdıstan xaricində yaşayan başqırdların həyatını da əks etdirir. Başqırdıstan Qızı jurnalının redaksiyasında aşağıdakı şöbələr yaradılmışdır: ictimai həyat, siyasət və təhsil; ədəbiyyat, mədəniyyət və incəsənət; məktublar, gənclər işi, tətbiqlər.
Beyhan Sultan (III Mustafanın qızı)
Beyhan Sultan (13 yanvar 1766, Konstantinopol – 7 noyabr 1824, Konstantinopol) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı. Beyhan Sultan 13 yanvar 1766-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş kiçik bacısı Xədicə Sultanla birlikdə Köhnə saraya göndərildilər. 10 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid tərəfindən evləndirildi. Bəy namizədi olaraq seçilən keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşa məktub göndərilərək İstanbula çağırıldı. 22 aprel 1784-cü ildə baş tutan toy mərasiminin ardından, 5 mayda gəlin alayı və Beyhan Sultana aid cehiz möhtəşəm mərasimlə cütlüyə təsis olunan Cağaloğlu sarayına aparıldı.
Beyhan Sultan (I Səlimin qızı)
Beyhan Sultan (d. 1497 - ö. 1559) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. Beyhan Sultan 1497-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Beyhan Sultan 1509-cu ildə anası və digər azyaşlı bacılarıyla birlikdə, Kəfə sancaqbəyi təyin edilən qardaşı Şahzadə Süleymanın yanına - Krıma yollandı. Atasının taxta çıxmasının ardından İstanbula çağırıldılar və 1513-cü ilin aprelində atası digər bütün rəqiblərini aradan qaldıraraq İstanbula qayıtdı. Gəldikdən dərhal sonra Şahzadə Süleyman Manisa sancaqbəyliyi ilə paytaxtdan göndərildi. Beyhan Sultan isə atasının istəyilə yeniçəri ağası Fərhad ağayla nigahlanaraq İstanbulda qaldı. Toy mərasiminin ardından Fərhad Paşa 1516-cı ildə Rumeli bəylərbəyi təyin edildi və bu ünvanla Yavuz Sultan Səlimin bir çox səfərlərinə qatıldı.
Beyhan Sultan (Sultan İbrahimin qızı)
Beyhan Sultan (Osmanlıca: بيحان بن ابراهيم) (d. 1645 - ö. 1701) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin qızı. Beyhan Sultan 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim. Hələ 1 yaşında ikən atası onu Kiçik Həsən Paşayla nigahlamışdı. Bu tamamilə siyasi bir evlilik idi və məqsəd paşanı özünə tabe etmək idi. Ancaq olduqca yaşlı olan Həsən Paşa bir il sonra vəfat etdi və Beyhan Sultan hələ 2 yaşında ikən "dul" qaldı. Ardından atası Sultan İbrahimin məcburiyyəti ilə öz xanımından ayrılan sədrəzəm Həzərparə Əhməd Paşa ilə evləndirildi. Ancaq 1 il sonra ərinin edam edilməsiylə yenidən dul qaldı.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.
Beynəlxalq Qızlar Günü
Beynəlxalq Qızlar Günü- 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir. Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı — dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılmışdır. Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir: Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC)— xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Anri Dünan and Gustave Moynier tərəfindən yaradılmışdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) Nobel Sülh Mükafatına layiq görülüb. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası — 1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qızıl Xaç Və Qızıl Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə Milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Federasiya 1963-cü ildə (o zaman Qızıl Xaç Cəmiyyətlər Liqası adlanırdı) ICRC birlikdə Nobel Sülh Mükafatına layiq görülür. Milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətiləri — dünyanın 190 ölkəsində mövcuddur. Hər bir Milli Cəmiyyət beynəlxalq humanitar hüququn prinsiplərinə və Beynəlxalq Hərəkatının nizamnaməsinə əsasən fəaliyyət göstərirlər.
Beşləçəkli qızüzümü
Parthenocissus quinquefolia (lat. Parthenocissus quinquefolia) — Vətəni Şimali Amеrika hеsab оlunur. Uzunluğu 3-4 m оlan оduncaqlı lianadır. Zоğları qırmızı, silindrik, çохsaylı qabıqlarla və bığcıqlarla örtülmüşdür. Tumurcuqların bığcıqları üzbəüz yеrləşir, yarpaq ayası еnli, hamardır. Yarpaqları bеş bəzən üç hissəlidir, saplağı az tükcüklü, sоnradan açıq-qоnur rəngli оlur. Yarpaq ayaları yumurtaşəkilli, dərili, üstü tünd yaşıl və parlaq, alt hissəsi daha açıq və damarcıqlarında bir qədər tükcüklüdür, uzunluğu 10-20 sm-ə çatır. Kənarları küt dişli, çiçəkləri ikicinslidir, хırda çiçəkləri çılpaq çiçək saplağında yеrləşən qalхanlara yığılmışdır. İyun-iyulda çiçəkləyir. Mеyvələri kiçik və yеməli оlmayan göyümtül-qara giləmеyvələrdir.
Boleyn qızlarından bir başqası (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Boleyn qızı (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Böyük Qızqala (Qəzvin)
Böyük Qızqala (Qəzvin) (fars. قزقلعه بزرگ‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 77 nəfər yaşayır (36 ailə).
Bığlı qızılquş
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Candaroğlu Qızıl Əhməd bəy
Candaroğlu Qızıl Əhməd bəy (bilinmir – ən tezi 1500, Plovdiv) — sonuncu Candaroğulları bəyi. Atası Candaroğlu II İbrahim bəydir. Atası Çələbi Mehmedin qızlarından Səlcuq Xatunla evli olsa da, Əhməd bəy onun başqa xanımdan doğulan oğludur. Uşaqlıq və gənclik illərində Cəmaləddin ünvanıyla anılmışdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Atasının ölümünün ardından (1443), bəyliyi ələ alan böyük qardaşı İsmayıl bəyə qarşı ayaqlandı. Ancaq məğlub olub Osmanlılara sığındı. Buna baxmayaraq Osmanlılardan istədiyi dəstəyi ala bilmədi və Bolu sancaqbəyliyini alaraq kifayətləndi. Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. Belə ki, 1461-ci ildə çıxılan Trabzon səfəri əsnasında Candaroğulları bəyliyi də ələ keçirildi.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Ceyms qızılqazı
Ceyms qızılqazı (lat. Phoenicoparrus jamesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.

Значение слова в других словарях