Beyhan Sultan (Osmanlıca: بيحان بن ابراهيم) (d. 1645 - ö. 1701) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin qızı.
Beyhan Sultan | |
---|---|
بيحان بن ابراهيم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Süleyman türbəsi, İstanbul |
Atası | Sultan İbrahim |
Həyat yoldaşları |
Kiçik Həsən Paşa Həzərparə Əhməd Paşa Uzun İbrahim Paşa Yozğadlı Mustafa Paşa |
Beyhan Sultan 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim. Hələ 1 yaşında ikən atası onu Kiçik Həsən Paşayla nigahlamışdı. Bu tamamilə siyasi bir evlilik idi və məqsəd paşanı özünə tabe etmək idi. Ancaq olduqca yaşlı olan Həsən Paşa bir il sonra vəfat etdi və Beyhan Sultan hələ 2 yaşında ikən "dul" qaldı. Ardından atası Sultan İbrahimin məcburiyyəti ilə öz xanımından ayrılan sədrəzəm Həzərparə Əhməd Paşa ilə evləndirildi. Ancaq 1 il sonra ərinin edam edilməsiylə yenidən dul qaldı. Atası Sultan İbrahimin taxtdan endirilməsi və ardından edam edilməsi ilə qardaşı IV Mehmed taxta çıxdı. Nəhayət 1669-cu ildə 24 yaşında ikən öz istəyilə Uzun İbrahim Paşa ilə evləndi.
Bu dəfə də ərinin 1683-cü ildə edam edilməsinin ardından 1689-cu ildə Mustafa Paşa ilə evləndi. 1699-cu ildə əri, bir il sonra 6 mart 1701-cü ildə isə özü vəfat etdi. Məzarı Sultan Süleyman türbəsindədir.