QƏMLO

"qambay"la əlaqədar olub, "şaman ər" mənasındadır.
QƏMKÜSAR
QƏNAƏT
OBASTAN VİKİ
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1886–1931) — Azərbaycan xalq qəhrəmanı. Qəmbəralı İsmayıl oğlu Abbasov 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-ci ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi"nin (1921-ci ildən "Qırmızı Tabor" adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.