RƏSİ

yetişən, çatan; dolğun, nöqsansız.
RƏSƏDDİN
RƏSİB
OBASTAN VİKİ
Artur Rəsizadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Rəsillilər
Rəsullular və ya Rəsillilər — Azərbaycan xalqının soylarından biri. == Soyun yaranması == Bu soyun ilk məlum simasının adı Temirdir. Onun oğlu Yavıx, Yavıxın isə oğlu Rəsuldur. Bu soy Azərbaycan xalqına Məşədi Qasım kimi igid el qəhrəmanı bəxş etmişdir. == Soyun tanınmış nümayəndələri == === Soyun Hacı Kərim qolu === Məşədi Qasım — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. Qəmgin Fəzi — veteran, şair. Azər Kərimov — taxnika elmləri doktoru, professor. Abbas Qasımov — "Snayper Abbas" ləqəbli döyüşçü === Soyun Hacı Balı qolu === Həsən Xəyallı — el şairi Nəbi Həsənoğlu — dastançı-şair. Sərraf Şiruyə — şair, AYB-nin üzvü, AJB-nin üzvü. Aqil İman — şair Eldar Həsənli — şair, AYB-nin üzvü, AJB-nin üzvü.
İbrahim Rəsinin ölümü
Vərziqanda helikopter qəzası — İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və digər dövlət rəsmilərinin içində olduğu helikopterin 2024-cü ilin 19 may tarixində yerli vaxtla günorta saat 13:30 radələrində qəzaya uğradığı hadisə. Hadisə Vərziqan yaxınlığında baş verib. Bell 212 markalı helikopterin Xudafərin körpüsündən Təbriz şəhərinə doğru hərəkətdə olarkən baş verib. Qəza enişi etmiş helikopterdə İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs olub. İran Qızıl Aypara Cəmiyyətinin 20 may tarixində yerli vaxtla səhər saatlarında yaydığı məlumata görə helikopterdə olan 9 nəfər o cümlədən İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı briqada generalı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs həlak olublar. İran televiziya kanallarının verdiyi məlumata görə xilasetmə əməliyyatları güclü yağış, duman və güclü külək kimi əlverişsiz hava şəraiti səbəbindən çətinliklə aparılır. Ərazinin sıx meşə və dağlıq relyefli olması da axtarış-xilas etmə işlərini çətinləşdirən amillərdən hesab olunur. İranlı dövlət rəsmilərini daşıyan helikopterin axtarış işlərinə pilotsuz təyyarələr, axtarış-xilasetmə qrupları, xüsusi təlim keçmiş itlər və Kopernik peyk sistemi cəlb edilib. Helikopterin qəza enişi etməsindən sonra axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən bölgəyə göndərilən Bayraktar Akıncı pilotsuz uçuş aparatı hadisə yerini müəyyən etmişdir. == Arxa plan == 2024-cü ilin 19 may tarixində İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qız Qalası su elektrik kompleksinin açılışında iştirak etmək üçün Azərbaycana rəsmi səfər edib.