RAHATLAMAQ

f.
1. Yerini düzəltmək, rahat etmək, istifadə üçün münasib şəklə salmaq. Stulun yerini rahatlamaq.
[Yusif] gah sabunu köpüklədir, gah ülgücü əlinin tilinə çəkib itiləyir, … güzgünün yerini rahatlayırdı. B.Bayramov.

2. Rahat olmaq, istirahət etmək üçün hər cür şərait yaratmaq.
Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini rahatladı, sağ əlini qırxıq başında gəzdirdi. İ.Şıxlı.

3. Yəhər və ya çulunu götürərək yem və s. vermək (heyvanlar haqqında).
Dalınca dolanan anası ilə danışa-danışa Şirməmməd öküzləri rahatladı, çullarını alıb, qabaqlarına yem tökdü. E.Sultanov.
Əsgərlər atları rahatlayıb, qoz ağacının altında yerə sərildilər. H.Nəzərli.

RAHATLAMA
RAHATLANDIRMA

Digər lüğətlərdə