RAİQ

saf, xalis, səlis.
RAİFƏ
RAİQƏ
OBASTAN VİKİ
Raiq Hacılı
Raiq Hacılı (13 aprel 1940, Naxçıvan şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. Raiq Əli oğlu Hacılı 13 aprel 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Naxçıvan şəhəri 1 saylı orta məktəbi, 1963-cü ildə isə Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) kimya-biologiya fakültəsini bitirmişdir. R. Ə. Hacılı 1963–1965-ci illərdə Naxçıvan zonal təcrübə stansiyasında kiçik elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmiş, 1966–1968-ci illərdə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda kimya müəllimi kimi fəaliyyət göstərmişdir. O, 1968–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əyani aspiranturada təhsil aldıqdan sonra orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. R. Ə. Hacılı 1973-cü ildə fəlsəfə doktoru, 1995-ci ildə isə elmlər doktorluqu dissertasiyalarını müdafiə etmişdir. 2005-ci ildə ona professor adı verilmişdir. Onun rəhbərlik etiyi "Heterotsiklik birləşmələr" laboratoriyası Polimer Materialları İnstitutunun yeni quruluşunda 1984–1991-ci illərdə fəaliyyət göstərən "Bioloji fəal birləşmələrin sintezi" laboratoriyasının adının dəyişdirilməsi əsaında yaradılmışdır. R. Ə. Hacılının elmi istiqaməti təbii fizioloji fəal heterotsiklik birləşmələrin struktur analoqlarının alınmasının effektli üsullarının işlənməsinə, sintez olunmuş birləşmələrin məqsədyönlü çevrilmələrinin aparılmasına, tədqiq olunan reaksiyaların qanunauyğunluqlarının öyrənilməsinə və tətbiq üçün tövsiyənin verilməsinə həsr olunmuşdur. 4-Halogen- və 3,4-dihalogen-2-buten-1-onlar əsasında pirrolun, izoksazolun, pirazolun, nikotin turşusunun, pirimidinin və s.

Digər lüğətlərdə