RİŞƏ

is. [ fars. ] Kök (bitkidə).
Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər.
Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirdilər. Ə.Haqverdiyev.

□ Rişə atmaq (salmaq) – kök atmaq, kök salmaq, rişələnmək.
Çadır qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. M.S.Ordubadi.
Eşqin bu könlümdə atmış rişələr; Əcəlsə qoymadı versin bir səmər. A.Şaiq.
[Sultan bəydə] şübhələnmək … özünə məxsus rişə salmışdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RİŞƏ RİŞƏ (ağacda) Amma bağban kamal-ehtiyat ilə ətrafını qazıb, rişələrinə xələl gətirməyərək, bu cavan alma ağacını meşədən çıxardıb bağına köçürdü və ra
  • RİŞƏ kök — saçaq
RİŞBABA
RİŞƏSİZ

Digər lüğətlərdə

воспаля́ться доква́сить дя́дюшка изобличи́ться нумера́тор паспорти́стка поу́жинать Ре́квием шерстетка́цкий кенгури́ный на взво́де тамбур слаща after-grass byrnie desipience doze out enchisel Kabardino-Balkarian overall pyometra scythestone send forth извержение посетитель