RZAQULU

Rzanın qulu, Rzanın köləsi.
RZAXAN
RZALI
OBASTAN VİKİ
Rzaqulu Abdullazadə
Abdullazadə Rzaqulu Abdulla oğlu (təxəllüsü Seyfi; 1894-1937) — rejissor, aktyor, teatr xadimi. == Həyatı == Rzaqulu Abdullazadə 1910-cu ildən teatr həvəskarları dəstəsində çalışmış, 1919-cu ildə Türkmənistanda Azərbaycan teatr truppasında rejissor və bədii rəhbər olmuş, həmin truppada Hacıbəyovun "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarının, "Ölülər" pyesinin quruluşunu vermiş, baş rollarda çıxış etmişdir. Hacıbəyovun komediyalarının fars dilinə ilk tərcüməçisidir. 1921-ci ildə İrana köçmüş, Tehranda ilk teatrın təşkilində fəal iştirak etmişdir. == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.41.
Rzaqulu Həsənov
Rzaqulu İsmayıl oğlu Həsənov (8 mart 1895, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 8 mart 1895-ci ildə Bakıda anadan olmuşdur. Orta texniki məktəbin mexanika şöbəsini bitirmişdir (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. 17 aprel 1920-ci ildə 533 nömrəli aktla Frayberq Dağ-Mədən ali məktəbinə qəbul edilmişdir. Təhsilini burada 19 dekabr 1924-cü ildə başa vuraraq Dağ mühəndisi diplomunu əldə etmişdir. "Neftçala" trestində mədən rəisi işləyib. 23 avqust 1937-ci ildə 5 il iş alaraq həbs edilib. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.
Rzaqulu Nəcəfov
Nəcəfov Rzaqulu Məşədi Ələkbər oğlu (1884, Naxçıvan – 29 oktyabr 1937, Bakı) — mətbuat xadimi, publisist, maarifpərvər. == Həyatı == Maarifçi ailəsində doğulmuş, mükəmməl təhsil almış, ərəb, fars, rus və gürcü dillərini dərindən bilmişdir. Nəcəfovlar Culfada və Naxçıvanda ticarətlə məşğul olsalar da, onların elm öyrənməyə hədsiz maraqları var idi. Rzaqulunun da atası, əmiləri, qardaşı elmi dünyagörüşləri yüksək olan insanlar idi. Rzaqulu Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı şair Əliqulu Qəmküsarın xüsusi rolu olmuşdur. Öncə ruhani təhsili almış, sonralar Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı və o zamankı Naxçıvanın mədəni həyatında mühüm rol oynamış məşhur "Məktəbi-tərbiyə"də oxumuşdur. Culfa gömrükxanasında işləmiş, İran inqilabına (1905–1911) kömək etmişdir. 1912-ci ildə Tiflisə köçmüş, "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilmiş, Əliqulu Qəmküsarın köməkçisi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gürcüstanda Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışmışdır. Gürcüstanda yaşayıb yaratmış, jurnalistlik fəaliyyəti göstərmişdir.
Aleksandr Rzaqulu Mirzə
Aleksandr Petroviç Rzaqulu Mirzə (1869-?), çar zabiti, Qacar şahzadəsi == Həyatı == Aleksandr Petroviç Rzaqulu Mirzə 1869-cu il mayın 25-də Sankt-Peterburq quberniyasında anadan olub. Anası, Aleksandra Tuqan Mirzə- Baranovskayanın arzusu ilə (Tuqan gerbi litva-tatar zadəgan nəslindən olan kollej müşavirinin qızı, müsəlman təriqətini qoruyub saxlayıb) pravoslavlığı qəbul edib və oğlunu da pravoslav adətinə görə Aleksandr Petroviç adıyla xaç suyuna çəkdirib. Onun xaççəkmə mərasimində Böyük Knyaz Pyotr Nikolayeviç Böyük Knyaginya Aleksandra Nikolayevna ilə birlikdə iştirak edib. Rzaquluya da onun atası kimi böyük hörmət əlaməti olaraq alicənablıq titulu verilib. O, əvvəlcə Riqa üçsinifli realnı məktəbini bitirib və sonra da 1895-ci ildə Vilenski piyada yunker məktəbini bitirib. 178-ci ehtiyat piyada İzborsk alayına təyinat alıb. 1903-cü ildə Leyb-qvardiyanın 2-ci Kuban Əlahəzrətin mühafizə sotnyasının zabiti olub. I Dünya müharibəsində Qrodno qusar qvardiyasında iştirak edərək Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Böyük Knyaz Mixail Aleksandroviçin Şəxsi qvardiyasında o, həlak olana qədər xidmət edib. Peterburqda Şpalernı küçəsi 28 saylı binada yaşayırdı.
Rzaqulu bəy Kərimbəyli
Rzaqulu bəy Cabbar bəy oğlu Kərimbəyli -(d. 1881-ö. 1921) Azərbaycan Xalq Cumhuriyyəti dövründə Gəncə quberniyası Sərhəd Mühafizə Dəstəsinin rəisi == Həyatı == Rzaqulu bəy Cabbar oğlu Kərimbəyli - 1918-1920-ci illər ərzində Gəncə quberniyasının Sərhədi Mühafizə Dəstəsinin (DİN-ə tabe idi) rəisi vəzifəsində xidmət göstərmişdi.
Rzaqulu bəy Vəzirov
Rzaqulu bəy Mirzə Camal bəy oğlu Vəzirov (1814, Şuşa – 1875, Şuşa) — tarixçi, məmur, Mirzə Camal Cavanşir Qarabağinin oğlu. == Həyatı == Rzaqulu bəy Mirzə Camal bəy oğlu1814-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, sonra murov vəzifələrində çalışmışdı. 1842-ci ildə praporşik rütbəsi almışdı. O, Mirzə Fətəli Axundovla dost idi və onunla yazışırdılar. Rzaqulu bəy 1875-ci ildə vəfat edib.
Rzaqulu bəy türbəsi
Rzaqulu bəy türbəsi — Azərbaycan Respublikasının Xocavənd rayonunun Düdükçü kəndində türbə.
Rzaqulu mirzə Avşar
Rzaqulu Mirzə Əfşar (15 aprel 1719 - 20 iyun 1747) — Nadir şah Əfşarın oğlu, vəliəhdi. == Həyatı == Rzaqulu mirzə Nadir şah oğlu 1719-cu ildə aprel ayının 5-də anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Atasının hakimiyyəti dönəmində Xorasanın valisi idi. Nadir şah təcrübəli və sadiq vəkili Təhmasibqulu xan Cəlayırı ona lələ və yardımçı təyin etmişdi. Rzaqulu mirzə və Təhmasib xan Cəlayir Bəlxi Həsən xan Bayata tapşırıb, özləri Qunduz-Bədəşxan-Zuhhak-Bamiyan və Kabul yolu ilə hərəkət edib 1151-ci il rəcəb ayının 24-də (1738-i ildə) Aşağı Bahara gəlib, Nadirlə birləşilər.Nadir şah oğlunu çox məhəbbətlə qəbul etdi. Təhmasib xan Cəlayir Elburusla müharibədə Nadirin göstərişlərini həyata keçirməyib Ceyhuna hücum etdiyi üçün ona çox etimad etmədi. O igid komandan hər an qorxurdu ki, Nadir onu öldürsün; Nadir sonralar onu yanına çağırıb hərəkətindən hiddətliyini bildirdi. Təhmasib xanın qəlbdən peşman olduğunu hiss edib onu bağışladı.Nadir şah Rzaqulu mirzənin qoşununu yoxladı. Bəlx davasında zəifləyən, ölən atların və dağılan silahların yerini doldurdu.
Rzaqulu mirzə Zilli
Rzaqulu mirzə Əhməd mirzə oğlu Zilli (d. 1906 — ö. 1945) — Qacar şahzadəsi, müğənni. == Həyatı == Əhməd mirzənin dördüncü oğlu Rzaqulu mirzə 1906-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Musiqişünas idi. İranda böyük xanəndə kimi tanınmışdı. Əbülhəsən xan İqbali Azərin və Arif Qəzvininin şagirdi olmuşdu. Rzaqulu mirzə 1945-ci ildə vərəm xəstəliyindən vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Rzaqulu mirzə Əfşar
Rzaqulu Mirzə Əfşar (15 aprel 1719 - 20 iyun 1747) — Nadir şah Əfşarın oğlu, vəliəhdi. == Həyatı == Rzaqulu mirzə Nadir şah oğlu 1719-cu ildə aprel ayının 5-də anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Atasının hakimiyyəti dönəmində Xorasanın valisi idi. Nadir şah təcrübəli və sadiq vəkili Təhmasibqulu xan Cəlayırı ona lələ və yardımçı təyin etmişdi. Rzaqulu mirzə və Təhmasib xan Cəlayir Bəlxi Həsən xan Bayata tapşırıb, özləri Qunduz-Bədəşxan-Zuhhak-Bamiyan və Kabul yolu ilə hərəkət edib 1151-ci il rəcəb ayının 24-də (1738-i ildə) Aşağı Bahara gəlib, Nadirlə birləşilər.Nadir şah oğlunu çox məhəbbətlə qəbul etdi. Təhmasib xan Cəlayir Elburusla müharibədə Nadirin göstərişlərini həyata keçirməyib Ceyhuna hücum etdiyi üçün ona çox etimad etmədi. O igid komandan hər an qorxurdu ki, Nadir onu öldürsün; Nadir sonralar onu yanına çağırıb hərəkətindən hiddətliyini bildirdi. Təhmasib xanın qəlbdən peşman olduğunu hiss edib onu bağışladı.Nadir şah Rzaqulu mirzənin qoşununu yoxladı. Bəlx davasında zəifləyən, ölən atların və dağılan silahların yerini doldurdu.
Rzaqulu xan Hidayət
Rzaqulu xan Məhəmmədhadi xan oğlu Hidayət (1800-1871)— tarixçi, şair, pedaqoq == Həyatı == Rzaqulu xan 1800-cü ildə anadan olmuşdu. mükəmməl mədrəsə təhsili almışdı.Tarixçi, şair, pedaqoq kimi tanınmışdı. 1828-ci ildə Fətəli şah ona Əmirəşşüara ləqəbi vermişdi.1838-ci ildən sarayda xidmət etmiş, maarif nazirinin köməkçisi olmuşdu. 1851-ci ildən 1867-ci ilədək İranda Avropa tipli ali ümumtəhsil məktəbi olan Tehran Darülfünunun direktoru vəzifəsində çalışmışdı. O, 1871-ci ildə vəfat edib. == Əsərləri == Rzaqulu xanın ədəbi irsi 50 min beytlik divandan, "Gülüstani-İrəm" (yaxud "Bektaşnamə") romantik poemasından və 6 məsnəvidən ibarətdir. Mirzə Fətəli Axundov onu məzmunsuz şeirlərinə görə tənqid edirdi. Rzaqulu xanın əsərləri:"Rövzətüs-Səfayi-Nasiri", "Məcməül-füsəha" Хидайат, Риза-Кули-Хан. Собрание красноречивых (Маджма‘ ал-фуса­ха) / Сост. Музахир Мусаффа.
Rzaqulu xan Yekani
Rzaqulu xan Zal xan oğlu Yekani (fars. رضاقلی خان یکانی‎(?-?) — Mərənd hakimi. == Həyatı == Rzaqulu xan Zal xan oğlu Yekani Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Nasirəddin şah və Müzəffərəddin şah Qacara xidmət etmişdi. Naib rütbəsindən sərtib rütbəsinədək yüksəlmişdi. Bir müddət Mərənd hakimi olmuşdu. Səttar Hacı Həsən oğlu ilə dost idi. Səttar zindandan azad olandan sonra Rzaqulu xan Sərtibin yanına gəlir. Rzaqulu xan Mərənd-Xoy-Salmas yolunun qarasoran rəisi idi.
Rzaqulu xan Şamlı
Rzaqulu xan Şamlı (?-?) — Nadir şahın sərkərdəsi və səfiri. == Həyatı == Nadir şah Avşarın ağıllı sərkərdələrindən və diplomatlarından biri olmusdur. Onun əsli Səfəvi və əfsar əmirlərindəndir. Mahmud şah əfqanın canisini Əşrəf sultan səltənətə sahib olduqdan sonra 1145-ci ildə (1732/33) osmanlılarla muharibə edərək məğlub oldu. Sulh muqaviləsi bağlandıqda, onun nəticələrinə gorə Əşrəf sultan butun Azərbaycanı, Zəncan, Həmədan və Kirmanşahı osmanlıların ixtiyarına vermısdi. İsfahan azad edildikdən və Şah Təhmasib taxta çıxdıqdan sonra onun tapşırığı ilə Rzaqulu xan Şamlı Osmanlı sarayına elçi göndərildi. Səfəvi hakimiyyətinin bərpa edilməsi, Osmanlı qoşunlarına üstün gəlmiş Əşrəfin məğlub edilməsi belə bir ümid yaratmışdı ki, Osmanlı sarayı ələ keçirdiyi Səfəvi torpaqlarını bəlkə dinc yolla geri qaytara bilsin. Amma Səfəvi elçisi İstanbula çatanda Osmanlı sarayının Əşrəfin vəziyyətindən xəbəri yox idi. Ona görə də onunla aydın və konkret danışıqlar aparılmadı. Mənbələr də Rzaqulu xan Şamlının nümayəndəliyinin konkret cavab ala bilmədiyini təsdiq edirlər.
Rzaqulu-i Qışlaq (Nir)
Rzaqulu-i Qışlaq (fars. رضاقلي قشلاقي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 232 nəfər yaşayır (53 ailə).
Rzaqulu mirzə Qovanlı-Qacar
Rzaqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1837, Təbriz – 1894, Şuşa) — Çar ordusunun generalı, Bəhmən mirzə Qovanlı-Qacarın oğlu. == Həyatı == Rzaqulu mirzə Bəhmən mirzə oğlu 1837-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Xidmətə Qafqaz eskadronunun leyb-qvardiyasında kornet kimi başlamışdı. 1862-ci il, 1864-cü il dağlılar əleyhinə yürüşdə iştirak etmişdi. Rzaqulu mirzə 1874-cü ildə Sırdərya yürüşünün iştirakçıları arasında idi. 1877–1878-ci illər rus-osmanlı savaşında dəstəsinin başında döyüşmüşdü. Rzaqulu mirzə 1883-cü ildə general-mayor rütbəsinədə ehtiyata buraxılmışdı. O, 1894-cü ildə vəfat edib.
Rzaqulu xan Qasımlı-Avşar
Rzaqulu xan Qasımlı-Avşar - (1768-1771), Urmiya xanı. == Həyatı == Rzaqulu xan Məhəmmədmusa xan oğlu Urmiya şəhərində doğulmuşdu. Müкəmməl mədrəsə təhsili almışdı. Кərim xan Zəndin yanında girov saxlanılırdı. Bacısı Кərim xanın arvadlarından biri idi. Onun və Avşar ağsaqqalarının məsləhəti, Mömün xan Qasımlının xahişi ilə 1768-ci ildə Urmiyanın xanı təyin olmuşdu. O, az müddət ərzində qiyamçı və asiləri yatırdı. Millətə və istiqlala qarşı çıxanları tutub, öldürdü. Onun haкimiyyəti dönəmində bütün sərhədlər saкitləşdi. Adamlar əmniyyətdə yaşamağa başladılar.
Dizac-i Rzaqulubəy (Həştrud)
Dizac-i Rzaqulubəy (fars. ديزج رضاقلي بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 875 nəfər yaşayır (212 ailə).
Mikayıl Rzaquluzadə
Mikayıl Manaf oğlu Rzaquluzadə (17 mart 1905, Bakı – 10 noyabr 1984, Bakı) — nasir, şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R. Mikayıl", sonralar "M. Rzaquluzadə" olmuşdur. == Həyatı == Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində "A.Şaiq adına nümunə məktəbi"nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi (1920-1921), Bakı vilayət hərbi komissarlığında jurnalist (1922-1923), Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir (1926-1927). İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir (1927-1931). Bu dövrdə Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, "Qızıl Gəncə" jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışmışdır. Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır (1931-1934).Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləmişdir. Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında məsul katib, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır.
вы́верка гальвани́ческий колоко́льщик напе́ть невзыска́тельность отлюби́ть пико́н подры́гать приплы́ть ужаса́юще флаво́ны фотодокументальный брута́льно воздвига́ться обкра́дываться Бежецк бусыр alchemist rigorist up to забытьё презент прохвост скудеть штормтрап