Rzaqulu İsmayıl oğlu Həsənov (8 mart 1895, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Rzaqulu Həsənov | |
---|---|
Doğum tarixi | 8 mart 1895 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Təhsili |
|
8 mart 1895-ci ildə Bakıda anadan olmuşdur. Orta texniki məktəbin mexanika şöbəsini bitirmişdir (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. 17 aprel 1920-ci ildə 533 nömrəli aktla Frayberq Dağ-Mədən ali məktəbinə qəbul edilmişdir. Təhsilini burada 19 dekabr 1924-cü ildə başa vuraraq Dağ mühəndisi diplomunu əldə etmişdir.
"Neftçala" trestində mədən rəisi işləyib. 23 avqust 1937-ci ildə 5 il iş alaraq həbs edilib.
Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]