SIX

1. SIX (meşə, bağ haqqında) ..Sıx meşələr od tutaraq, qayalıqlar külə dönür (S.Vurğun); QALIN Bu yanda səfalı qalın bir orman; Yaz olsun, qış olsun, gülür hər zaman (M.Müşfiq); PİŞİKKEÇMƏZ (məc., dan.) [Bəkir:] Aralıq da pişikkeçməz meşə (N.Vəzirov).

2. SIX Üstündə karvan yeriməz; Sıxdır dumanların, dağlar (S.Vurğun); QATI Alaçıqların bəri yanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi (M.Hüseyn); QƏLİZ Bir azdan sonra, uzaqdan qəliz toz dumanlarını., pozaraq, kiçik bir dəstə göründü (M.S.Ordubadi); QALIN.

3. SIX (saç, tük haqqında) Ortaboylu, quru, arıq.. qısa, sıx kirpikləri arasında gözləri atəşböcəyi kimi parıldayırdı (A.Şaiq); GUR İndi Rüstəmin qara, gur saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı (M.İbrahimov).

SIĞNAQ
SIXAC

Digər lüğətlərdə