SƏBİH

ə. gözəl, şirin.

SƏBİ
SƏBİKƏ
OBASTAN VİKİ
Səbihə Bəngüdaş
Səbihə Bəngüdaş (1904, İstanbul – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. == Tərcümeyi-halı == Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Səbihə Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Gökçən Beynəlxalq Hava Limanı
Səbihə Göyçən Hava Limanı (türk. Sabiha Gökçen Havalimanı) — İstanbulun Pendik ilçəsinin sərhədlərində inşa edilən, şəhərin ikinci hava limanı. Havalimanı, dünyanın ilk qadın savaşçı pilotu və Türkiyənin ilk qadın pilotu olan Səbihə Göyçənin şərəfinə adlandırılmışdır. Təməli 1998-ci ilin fevralında qoyulmuş və 2001-ci ilin yanvarında tamamlanmış hava limanının dəyəri 550 milyon ABŞ dollarına bərabər olmuşdur. Hava limanı Malaysia Airports tərəfindən idarə olunur. Yerüstü xidmətləri, əməliyyatları, yük və təhlükəsizlik əməliyyatları ISG adlandırılan İstanbul Səbihə Göyçən Hava Limanı İnvestisiya İnşaat və İdarəetmə ASM tərəfindən həyata keçirilir. 2017-ci ildə 31.385.841 sərnişini, 219.656 təyyarəsini və 50.868 ton yük daşınmasını qəbul edən Səbihə Göyçən Hava Limanı, ölkənin ikinci ən işlək hava limanıdır. AirHelp Score 2019-a əsasən, dünyanın ən yaxşı 29-cu hava limanı seçilib, sorğuda 40-dan çox ölkədən 40 mindən çox sərnişinin iştirak etdiyi sorğuda 10-dan 7,93 bal toplayıb. == Quruluş == === Beynəlxalq terminalı === Yeni terminal binası illik 25 milyon sərnişin tutumuna malikdir, daxili və beynəlxalq reyslər eyni binada həyata keçirilir. İstanbul Səbihə Göyçən Beynəlxalq Hava Limanının terminalında yer alır: 4.818 nəqliyyat vasitəsi və 72 avtobus tutumlu 4 mərtəbəli avtopark 4 mərtəbəli və 128 otaqlı hava limanı oteli, quru və hava fərqli girişləri 112 check-in sayğacı, 24 şəxsi self-check sayğacı VIP bina və şəhər mənzərəsi olan CIP bölmələr 8 böyük gövdəyə (ICAO kodu E) və ya 16 orta gövdəyə (ICAO kodu C) eyni vaxtda xidmət edə biləcək çoxsaylı təyyarələrin dayanacaq sistemi, 400 m² konfrans zalı 5.000 m² qida və içki sənayesinin aparıcı markaları tərəfindən idarə edilən restoran və kafe sahəsi 4.500 m² beynəlxalq səviyyədə rüsumsuz mağazalar === Yük terminalı === İldə 90.000 ton yük anbarı 7.000 m² qapalı anbar ərazisi Hər biri 20 m² olmaqla 18 soyuq anbar === Aviasiya baxım, təmir və modifikasiya zonası === Hava limanı tərkibində THY Texniki ASM və Turkish Engine Center (TEC) şirkətləri ilə aviasiya baxımı, təmiri və modifikasiyasının həyata keçirildiyi bölgəsi yer alır.
Səbihə Göyçən

Səbihə Göyçən Beynəlxalq Hava Limanı

Səbihə Göyçən Hava Limanı

Səbihə Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (19 mart 1894, İstanbul və ya Osmanlı imperiyası – 26 avqust 1971) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səbihə Bozcalı
Xədicə Səbihə Bozcalı (türk. Sabiha Bozcalı; 1904, İstanbul – 12 aprel 1998, Türkiyə) — Türk rəssam və illüstratoru. O, öncə Münxen və Berlində, sonra isə Sanayi-i Nefise məktəbində rəssamlıq təhsili alıb. Səbihə Bozcalı sənaye istehsalını rəsmlərində önə çıxaran ilk qadın rəssam kimi də tanınır. Onun illüstrasiyaları dövrünün qəzetlərində dərc olunurdu. Rəşad Sevinçsoy və Nezih İzmiroğulları kimi illüstratorlarla yanaşı, Rəşad Əkrəm Qoçunun müəllifi olduğu İstanbul Ensiklopediyasının da illüstratorlarındandır. Bozcalı 11 cildlik İstanbul Ensiklopediyası üçün cəmi 901 illüstrasiya işləyib. O, Türkiyənin ilk qadın illüstratorudur. == Həyatı == Səbihə Bozcalı, Daxili İşlər naziri vəzifəsində çalışmış Faiq təxəllüsü ilə tanınan Memduh Paşanın sənətkar qızı Handan xanım və Bozcaadalı Həsən Hüsnü Paşanın oğlu admiral Rüştü Paşanın qızıdır. Bozcalı rəssamlıq təhsilinə 5 yaşında olarkən rəssam və muzey direktoru Əli Sami Boyardan dərs alaraq başlayıb.
Səbihə Rüfət Gürayman
Səbihə Rüfət (Ecəbilgə) Gürayman (türk. Sabiha Rıfat (Ecebilge) Gürayman; 1910, Bitola, Osmanlı imperiyası – 4 yanvar 2003, İzmir) — Türk inşaat mühəndisi və voleybolçu. Türkiyənin ilk qadın inşaat mühəndislərindən biri və Fənərbaxça İdman Klubuun ilk qadın voleybolçusu olub. Ölkənin müxtəlif yerlərində bir çox məktəb, dövlət idarələri və rəsmi binaların tikintisində çalışan Səbihə xanım Anıtkabirin tikintisində nəzarət rəisi vəzifəsində çalışıb. == Həyatı == Səbinə Gürayman1910-cu ildə Bitolada anadan olub. Onun atası kapitan Rüfət bəy Hərəkət Ordusu ilə İstanbula gələn zabitlərdən biri idi. İstanbula gəldikdən sonra ailəsini Monastırdən gətirərək Üsküdarda məskunlaşıb. Ailə Türkiyə İstiqlaliyyət müharibəsi zamanı əvvəlcə Bigada, sonra isə işğal altında olan İstanbulda yaşayıb. Səbihə xanım ilk təhsilini Beşiktaş Əsma Sultan İbtidai məktəbində alıb. 1925-ci ildə Nişantaşı Qız Orta məktəbini bitirib, daha sonra İstanbul Qız Liseyində oxuyub.