SARICA

sarıya çalan, sarımtraq, arı.
SARIBƏNİZ
SARIÇİÇƏK
OBASTAN VİKİ
Sarıca
Sarıca (Şəki)
Sarıca (Marağa)
Sarıca (fars. ساروجه‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (41 ailə).
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsilə təmin olunur. Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sarıca bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu — Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksi Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy və Yaloylutəpə mədəniyyətinə aid abidələr də tapılmışdır.
Aşağı Sarıca (Sayınqala)
Aşağı Sarıca (fars. ساروجه سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Yuxarı Sarıca (Sayınqala)
Yuxarı Sarıca (fars. ‎ساروجه عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (101 ailə).
Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar. == İstinadlar == == Həmçinin bax == Qarabağ xanlığı == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hacı Ağalar bəy Sarıcalı-Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hüseyn ağa Sarıcalı-Cavanşir
Hüseyn ağa Sarıcalı-Cavanşir (1854 -1924) — şair. == Həyatı == Hidayət ağanın ikinci oğlu Hüsеyn ağa 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Xoştəb şair, xеyrxah insan idi.Onun da nəsibinə sürgün, zindan payı düşmüşdü. 1890-cı ilin yayında Cəbrayılda alman tədqiqatçı Qustav Radde ilə görüşmüşdü. Radde kitabında onu "qəza rəisinin köməkçisi" kimi təqdim edir. Daha sonra tutulub Sibirə sürgün еdilmişdi. Zindan çəkib gələndən sonra atasının ayırdığı mülkü idarə еdirdi. 1895-ci ildə Zaqafqaziya diyarının aksiz idarəsində tütün üzrə nəzarətçi vəzifəsində çalışmışdı. Hüsеyn ağanın torpaqları Ziyarət dağından Arazboyuna qədər uzanırdı.
Həsənəli bəy Sarıcalinski
Həsənalı bəy Mehdi bəy oğlu Sarıcalınski — aktyor. Mirzə Mehdi bəy Sarıcalinskinin oğlu. == Həyatı == Şuşa qəza məktəbində oxumuşdur. Uzun illər vəkil işləmişdir.Şuşa Teatrında aktyor kimi çalışmışdır. 1882-ci ildən etibarən isə Şuşada teatr tamaşaları daha da təkmilləşməyə başlayır. Mənbələrdə deyilir: “Burda hətta müəllimlər də yay tətili zamanı bir araya toplaşaraq M.F.Axundovun əsərlərindən ibarət tamaşalar hazırlayırdılar. Bu tamaşalarda Yusif bəy Məlikhəqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M.F.Axundovun komediyalarını oynayırdılar”.
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir. == Təsviri == Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir. == Yayılması == Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv.
Kəmalə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Mehdiqulu xan Sarıcalı-Cavanşir
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Mirzə Mehdi Sarıcalinski
[mənbə göstərin] Axund Mirzə Mehdi Sarıcalinski (d. 3 fevral 1868; ö. 13 mart 1942, Ağdam, Quzanlı) — maarifçi. Mеhdi Məşədi İsgəndər oğlu 1868-ci ildə, fеvralın 3-də Şuşa qəzasının Quzanlı obasında anadan olmuşdu. İbtidai təhsilini Axund Molla Hüsеynin yanında almışdı. O, burda ərəb əlifbasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. O, 1884-cü ildə Şuşa qəzasının Hindarx kəndində açılmış kənd natamam orta məktəbində təhsilini davam еtdirmişdir. Mеhdi öz еlmi-fitri qabiliyyətinə, fiziki cəhətdən böyük, güclü qüvvəsinə və yaraşıqlı boy-buxununa görə, yoldaşlarından sеçilirdi. Buna görə, Sarıcalı-Quzanlı bəyləri Aslan bəy, Salah bəy və Hüsеyn bəyin məsləhəti və Mеhdinin müəllimi Axund Molla Hüsеynin arzusu ilə Məşədi Isgəndər oğlu Mеhdini Təbriz Ali Ruhani Məktəbinə oxumağa göndərdi. O, burda Qədim Şərq, yunan ədəbiyyatı, tarixi və fəlsəfəsinə, mədəniyyət və incəsənətinə mükəmməl yiyələnmişdir.
Mirzə Mehdi bəy Sarıcalinski
Mirzə Mehdi bəy Sarıcalinski (1821-?) — şair, çar ordusunun zabiti. Əli bəyin ikinci oğlu Mehdi bəy 1821-ci ildə Cavanşir mahalının Sarıcalı obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Dövlət idarələrində məmur işləmişdi. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardı. Mirzə Mehdi bəy şair idi. Qasım bəy Zakirlə, Mirzə İbrahim bəy Səbayla, Rəhim bəy Uğurlubəyovla yazışırdı. Mirzə Mehdi bəyin Həsənəli bəy Sarıcalinski adlı oğlu vardı.
Məhəmməd bəy Sarıcalı-Cavanşir
Məhəmmədqulu bəy Mehrəli bəy oğlu Sarıcalı-Cavanşir (1762–1797) — Qarabağ xanlığının sərkərdəsi, Mehrəli bəy Sarıcalı-Cavanşirin oğlu. 1797-ci ildə məhz onun əmri ilə Molla Pənah Vaqif və oğlu Əli bəy edam edilmişdir. Özü də elə həmin il Şirvan hakimi Mustafa xan Xançobanlı tərəfindən öldürülmüşdür. Məhəmmədqulu bəy Mehrəli bəy oğlu 1762-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Saray təhsili almışdı. Ailədə Məhəmməd çağrıldığından bu adla tanınmışdır. Məhəmməd bəy 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın apardığı danışıqlar nəticəsində azad edilmişdir. Məhəmməd bəy 1797-ci ildə qısa müddətə Qarabağı idarə etmişdi. Xanlığın cəsur və qorxmaz sərkərdələrindən biri idi. Molla Pənah Vaqif Məhəmməd bəy haqqında yazmışdı: Qarabağın məşhur el şairi, Aşıq Valeh kimi tanınan Kərbəlayı Molla Səfi isə onun haqqında yazırdı: Məhəmməd bəy Aişə xanım, Hürü xanım və Qızxanım xanım Dürbənd bəy qızı Cinli ilə evli idi.
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.
Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir
Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir (1786, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — Qarabağ xanlığının xanzadələrindən biri, Qarabağ xanı İbrahimxəlil xanın VII oğlu, Rusiya İmperator Ordusunun polkovniki. İbrahimxəlil xanın yeddinci oğlu Məhəmmədqasım ağa 1786-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Anası AKAK-a görə Allahyar bəy Üngütlünün, əslində isə Allahyar bəy Molla Hüseynəli bəy oğlu Dədəlinin qızıdır. Saray təhsili almışdı. Qarabağ xanllığının Rusiya imperiyasının tərkibinə keçməsini rəsmiləşdirən Kürəkçay sazişinin nəticəsində podpolkovnik rütbəsi daşıyırdı. 1806-cı ildə Rusiya-Qacar müharibəsinin gedişatında mayor Lisaneviç tərəfindən İbrahimxəlil xan və ailəsinin qətlə yetirilməsi xəbərini eşidən zaman qardaşı Xanlar ağa kimi Məhəmmədqasım ağa da Qacar imperiyasına sığınmışdır. O, Qarabağa yalnız Gürcüstandakı yeni Qafqaz komandanı Knyaz Qudoviçin (1806–1809) icazəsindən sonra 1807-ci ildə geri dönə bildi və andını yenilədi. 1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən ləğv edildi və birbaşa imperiya torpaqlarına birləşdirildi. Bunun qarşılığında Məhəmmədqasım ağaya 12 kənd və köçəri obaları verildi. Bunlara Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları daxil idi.
Pənahəli xan Sarıcalı-Cavanşir
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر‎; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır. Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi.
Qafqaz sarıcası
Qafqaz sarıcası (lat. Colias caucasica) -Pulcuqqanadlılar dəstəsinə və Ağ kəpənəklər fəsiləsinə aid növ. İri kəpənəkdir, qanadları açılmış halda 50–55 mm-ə çatır. Qanadları qırmızımtıl – narıncı rəngdə olub, kənarları enli qara zolaqlıdır. Ön qanadın üzərində iri qara nöqtə vardır. Arxa qanadın mərkəzində dairəvi narıncı ləkə vardır. Qanadın alt səthində bu ləkə iridir və ikiqatdır. Gürcüstanda Borjomi, Tsaqveri, Bakuriani. Azərbaycanda Murovdağ silsiləsinin cənub yamacları. Traqakant tikanlı gəvən və müxtəlif ot bitkilərinin bitdiyi sıldırım yamaclar.
Sarıcalar
Sarıcalar (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur. Sarıcalar (Türkiyə) — Bolu ilinin Göynük ilçəsinin kəndi Sarıcalar (cins) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi.
Sarıcalar (Saatlı)
Sarıcalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2780 nəfərdir. Saatlı r-nunun eyni­adlı i.ə.v.-də qəsəbə. Muğan düzündədir. Əsl adı Sancalılardır. Sonralar təhrif olunaraq Sancalar formasına düşmüşdür. Yaşayış məntəqəsi bəhmənli tayfasının sarıcalı (sarıcaəlili) qolunun məskunlaşması nəticə­sində yaranmışdır.
Sarıcalar (Zəngibasar)
Sarıcalar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 8 km cənub-qərbdə, Zəngi çayının yanında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Saracalar formasında verilir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Sarucalar kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1588-ci ilə aid mənbədə Qarabağda qışlayan bir el Sarıcalı adlanırdı [167]. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri Sarıcalı idi Mənşəcə bu tayfa Əfşarlara məxsusdur. Toponim sarıcalılar türk tayfasının adı əsasında yaranmışdır.

Digər lüğətlərdə