Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.
Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu.
Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər.
Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.