SOLĞUN

SOLĞUN Qız ara-sıra onun solğun bənizinə göz qoyurdu.. (X.Hasilova); PƏJMÜRDƏ Neçin görən o belə pərişan, pəjmürdədir; Nə düşünür, nə anır, üzündəki qəm nədir? (B.Vahabzadə); RƏNGİ QAÇMIŞ Rəngi qaçmış və güclə nəfəs alan qadın hərdənbir çocuqlara çəmkirirdi (Çəmənzəminli); SOLUXMUŞ.

SOLDATLIQ
SOLMAQ
OBASTAN VİKİ
Solğun mahmızlalə
Solğun mahmızlalə (lat. Corydalis pallida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Solğun qaratoyuq
Solğun qaratoyuq (lat. Turdus pallidus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Solğun Mavi Nöqtə
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür. İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur. "Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir. 1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı. Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü.
Solğun fitçalan ördək
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Solğunçiçək zanbaqca
Solğunçiçək zanbaqca (lat. Fritillaria pallidiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.

Digər lüğətlərdə