STEAM

steam1

n 1. buxar, buğ; dry / wet ~ quru / nəm buxar; to put on ~ buğa vermək; 2. buxarlanma, buğlanma

steam2

v 1. buğlanmaq, buxarlanmaq; His wet clothes began to steam Onun yaş paltarları buxarlanmağa başladı; 2. buğda bişirmək

STEALTHY
STEAMER
OBASTAN VİKİ
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında,artıq Steam-də dörd mindən çox oyun yayılır.Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir.Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib.Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar,treylerlər yayımlanırdı ancaq,Valve bir neçə dəfə bildirmişdi ki onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi,filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker,Art Rage kimi proqramlar mövcuddur. == Yaranma tarixçəsi == Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı.Steam-ın tarixçəsi 1999 ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı. Hələ bu iki oyun final stadiyasına çatmamışdılar ancaq ən yaxşı multipleyerlərdən biri hesab olunurdular.Həmçinin,bu vaxtda artıq bu oyunların istifadəçilərinin sayı 2-3 minə çatmışdı.TFC və CS oyunçularının sayı bir neçə ildən sonra qat-qat çoxalmağa başladı.Bu hadisələri diqqətlə müşahidə edən Valve şirkəti artıq,ənənəvi onlayn-oyunların hazırlanmasına yenidən,başqa bir açıdan başlamaq istəyirdi.Onların əsas məqsədlərindən biri də gələcəkdə bu proqramın istifadəçilərinin sayının daha da çoxalması idi.Bunun üçün isə artıq oyunların avtomatik şəkildə yenilənməsi,VAC-ın daha da təkmilləşdirilməsi və s. kimi vacib ünsürlər müəlliflərin qarşısında maneəçilik törədirdi və onlar belə qərara gəldilər ki,artıq yeni bir sistem yaratmaq lazımdı,bütün səciyyəvi əməliyyatlar bu platforma vasitəsilə həyata keçirilməli idi.Ancaq bu ideyanın həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunurdu.Valve şirkəti özünə yeni əməkdaşlar axtarırdı bunlardan biri də Yahoo!,Cisco,Amazon idi.Ancaq bu şirkətlərdən heç biri Valve-nin təklifini qiymətləndirə bilmədi.Ancaq bu platforma Valve üçün o qədər dəyərli idi ki,artıq onların özü bu sistem üzərində işləməyə başladılar. Steam birinci dəfə 2002-ci ilin 22 mart ayında,Game Developers Conference-də təqdim olundu.Steam-ın 1.0 versiyası CS 4.1 beta-versiya vaxtlarına təsadüf edirdi.CS 4.1-in beta-testerləri bu proqramı məcburi olaraq yükləməli idilər,ancaq,proqram final versiyanın əlavə komponenti kimi hesab olunurdu. == Proqramın adı == Steam (azərb.
SteamOS
SteamOS — Valve tərəfindən hazırlanmış Linux paylanması. O, Valve-nin məşhur Steam video oyun mağazasını özündə birləşdirir və Steam Machines və Steam Deck üçün əsas əməliyyat sistemidir. SteamOS bəzi qapalı mənbə komponentlərinə malik açıq mənbədir. SteamOS əvvəlcə fərdi kompüterdən eyni şəbəkə daxilində yerləşən SteamOS olan kompüterə video oyun axınını dəstəkləmək üçün yaradılmışdı, baxmayaraq ki, əməliyyat sistemi müstəqil sistemləri dəstəkləyə bilir. Əməliyyat sistemi Valve-nin Steam Machine platformasının bir hissəsi kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdu. 2013-cü ilin dekabrında buraxılmış SteamOS 1.0 və 2.0 versiyaları Linux-un GNOME iş masası ilə Debian paylanmasına əsaslanırdı. SteamOS ilə Valve, Linux-da videooyun oynamağı daha yaxşı dəstəkləmək üçün tərtibatçıları Linux-u öz oyunlarında dəstəkləməyə təşviq edirdi. 2022-ci ilin fevral ayında Valve SteamOS 3.0 ilə işləyən Steam Deck əl oyun kompüterini buraxdı. SteamOS 3, KDE Plasma 5 ilə Arch Linux paylanmasına əsaslanır. == Xüsusiyyətləri == SteamOS birbaşa televizora qoşula bilən ümumi PC avadanlıqlarından istifadə edərək konsola bənzər təcrübə təqdim etməklə, əsasən kompüterdən uzaqda (məsələn, qonaq otağındakı divandan) video oyunları oynamaq üçün nəzərdə tutulmuşdur.