Homewood Suites by Hilton
Homewood Suites by Hilton — Hilton Otellər Şəbəkəsi tərəfindən idarə edilən və yalnız suitlərdən ibarət olan residental üslubda Amerika otel zənciri. Bu otel zəncirinə Amerika Birləşmiş Ştatlarında, Kanadada və Meksikada 350-dən çox otel daxildir. Əksər Homewood Suites otelləri françayzinqlər tərəfindən idarə edilir.
Homewood Suites oteli bazarda Staybridge Suites by IHG və Residence Inn by Marriott kimi otellər də daxil olmaqla bir çox yüksək dərəcəli otellərlə rəqabət aparır.
== Tarixi ==
İlk Homewood Suites oteli 1989-cu ildə Nebraska Omaha şəhərində yaradılmışdır. Növbəti 10 il ərzində, bu otel zənciri Embassy Suites, Hampton Inn və Double tree otellərinin sahibi olan Promus Otel Korporasiyası tərəfindən idarə edilirdi. Hilton 1999-cu ildə $ 3.1 trilyon müqabilində Promus şirkətinə sahiblənir. Beləcə, digər 3 brendlə birlikdə Homewood Suites də Hilton Otellər Şəbəkəsinin brendinə çevrilir. 2000-ci ildə, Homewood Suites öz adını dəyişərək Homewood Suites by Hilton adlanır. Otel bu şəkildə adlandırıldıqda öz mülkiyyətçisinin adını da özündə daşıyır.