Tövbə surəsi
9-cu surə
ət-Tovbə (Tövbə) surəsi (Mədinədə nazil olmuşdur, 129 ayədir)
Bu surə Quranın "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamayan yeganə surəsidir.
1 (Bu,) Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır.
2 Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.
3 (Bu,) Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Alla-hın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ.
4 Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. On-larla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.