Manija Talaş
Manija Talaş (puştu منیژه تلاش) – 2002-ci ildə anadan olmuş əfqan B-girl. Qaçqınlar Olimpiya Komandasının üzvü kimi 2024-cü il Yay Olimpiya Oyunlarında breykinq yarışlarının iştirakçısı olub.
== Həyatı ==
Manija Talaş 2002-ci ildə Əfqanistanın paytaxtı Kabildə anadan olub və böyüyüb[1]. 17 yaşında ilk dəfə "Facebook" sosial şəbəkəsində gördüyü videodan breykdansı ozü üçün kəşf edib:[2] "İlk dəfə internetdə bir kişinin başı üstə firlandığını görən zaman özümə dedim: bax bu mənim həyatda məşğul olmaq istədiyimdir!" Videoda rəqs edən kişi ilə əlaqə yaratdıqdan sonra Kabildəki "Superiors Crew" breydans klubuna qatılır. Burada o, 56 iştirakçi arasında yeganə qadın olur.
Mətbuatda Manijanı "Əfqanıstanda breykdans rəqs edən birinci qadın" kimi xarakterizə etmişdirlər. Bundan sonra o, bir çox əfqanların rəqslərə neqativ münasibət bəslədiyindən çoxlu maneələrlə üzləşmişdir[3][4][5]. Ailəsinin müqavimətinə və bəzi hədə-qorxulara baxmayaraq o, breykdansla məşğul olmağa davam edir. Onun klubu iki dəfə insan ölümü ilə nəticələnən terror aktına məruz qalır[3][5][7]. Üçüncü terror aktının qarşısı polis tərəfindən alınır[2].