TAMAHLANMAQ

f. Bir şeyi əldə etməyə, bir şeyə sahib olmağa həvəs göstərmək; nəfsini saxlaya bilməmək; tamahsılanmaq.
…Bu biçarə qızın zahiri çirkinliyi bir yana dursun, …azacıq bir cehizi də yox idi ki, bəlkə də bəzi cavanlar canına görə də olmasa, malına görə tamahlanıb alsınlar. B.Talıblı.
Arabaçı tamahlanıb arabasını yağ boçkaları ilə doldurduğundan arabanın təkərləri bərk cırıldayıb səslənirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAMAHLANMAQ şirnikmək — həvəslənmək
  • TAMAHLANMAQ aldanmaq — uymaq — tovlanmaq
TAMAHLANMA
TAMAHSILANDIRMA

Digər lüğətlərdə