TAPDALAMAQ

f.
1. Ayaqlamaq, ayağı ilə basdalamaq.
Müəllim ayağı ilə qarı tapdalayıb Telli üçün yol açırdı. S.Hüseyn.
İnəklər bütün sahəni tapdalaya bilərdi. Ə.Vəliyev.

// Ayağı ilə basıb əzmək.
Bu zaman Xasay pencəyini ayaqları altına salıb tapdalamağa, alovu söndürməyə başladı. Ə.Vəliyev.
…Xəlil onun ardınca baxdı, papirosun kötüyünü yerə çırpıb, ayağı altında tapdaladı. M.Hüseyn.

2. məc. Qabacasına saymazlıq göstərmək, heç yerinə qoymaq; saymamaq.
Maya Rüstəm kişinin çoxdan alışdığı, qanına, iliyinə işləmiş adət və təsəvvürləri tapdalamışdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAPDALAMAQ ayaqlamaq — əzmək — basmaq
  • TAPDALAMAQ şallaqlamaq — qamçılamaq — döymək — vurmaq
  • TAPDALAMAQ incitmək — küsdürmək
  • TAPDALAMAQ TAPDALAMAQ (ayaq altına salıb əzmək) O, qarşısında duran ərini ayağının altına salıb tapdalamaq istədi (M

Etimologiya

  • TAPDALAMAQ Tapdamaq feilinə -ala şəkilçisi artırmaqla düzəlib. Tapda -ala (saitin biri ixtisar olunub). (Bəşir Əhmədov
TAPDALAMA
TAPDALANMA

Digər lüğətlərdə