TEYLƏMƏK

İti bir şeylə yaralamaq; neştərləmək, deşmək.

Dərin-dərin dəryaları boyladı,

Xəncər alıb qara bağrım teylədi,

Oğlu ölmüş Vəzir qəza eylədi,

Getməz damağımdan dudi-ah mənim.

                                                       (“Qurbani”)

                                *

Hər məclisdə mənim dərdim söyləsin,

Xəncər alıb qara bağrım teyləsin.

Deyin atam məni halal eyləsin,

Qaldı bizim ellər, görünməz oldu.

                                   (”Qulam-Kəmtər”)

                                *

Hər məclisdə sən hərcayı söyləmə!

Xançal alıb bağrım başı teyləmə!

Daldalarda lafı-kəzaf eyləmə!

Saxla hərzə dilin amanat, könül!

                                  (“Tahir və Zöhrə”)

TAZYANA FARS
TEYY

Digər lüğətlərdə