TİFTİK

is.
1. Qoyunun, keçinin, dəvənin baharda qırxılan zərif və yumşaq yunu. Yunu, tükü və tiftiyi qoyundan, keçidən, dəvədən, atdan, inəkdən və s.
heyvanlardan alırlar. Əmtəəşünaslıq”.

// Həmin yundan toxunmuş.
Camal əmi səliqə ilə … üç cüt yun, bir cüt tiftik əlcək, beş cüt yun corab, bir yun başlıq, dörd dənə əl dəsmalı yeşiyə qabladı. Ə.Vəliyev.
Sol tərəfdəki ağ, bəzəkli uşaq [çarpayısının] toru cırıldadı, üstündəki tiftik adyal tərpəndi. Mir Cəlal.

2. Əl silmək üçün ip, lif topası.
Əziz çəkici gətirdi və əllərini ucu cibindən bayıra çıxıb sallanmış yumşaq, çirkli tiftiklə sildi. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TİFTİK xov — daranma

Etimologiya

  • TİFTİK Mənbələrdə tifək sözü “yumşaq yun” kimi açıqlanıb. Tiftik indi “saç” anla­mın­da işlədilir. Rus dilindəki тюфяк (yumşaq mənasında) sözü də buradandır
TİFİLLİK
TİFTİKLƏNMƏ

Digər lüğətlərdə

брахикефа́лия гагау́зы ма́ло-маля́ пи́чкать пьяны́м-пьяно́ разлива́тельный тре́звенник фибергла́с шеф... астмати́чно вдохнове́нный заадресова́ть при́быль блона 'twas brontosaurus girasol night-walking telefacsimile thrust stage track roller wiredancing основать плетёный слушательница