Turşəngkimilər
Turşəngkimilər (lat. Oxalidaceae) — ətirşahçiçəklilər sırasına aid bitki fəsiləsi.
Turşəngkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol, bəzən isə ağac bitkiləridir. Yarpaqları növbəli düzülür, lələkvarı və ya barmaqvarı formadadır. Bəzi nümayəndələrində yarpaq altlığına təasadüf olunur. Çiçəkləri ikicinslidir, aktinomorfdur və ikiqat çiçiəkyanlığına malikdir. Kasa və ləçək yarpaqları 5 ədəddir. Erkəkcikləri 10 ədəd olub, iki cərgədə düzülmüşdür. Əsassından birləşmiş, xarici kənarları isə dişcikli çıxıntılıdır. Bəzən erkəkcikdən 5-i staminodilərə çevrilir.