turşməzəlik
turşuma
OBASTAN VİKİ
Turşu
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Asetilsalisilli turşu
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
Qarışıq turşu
Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Turşu-sıyıq
Turşu-sıyıq - Azərbaycanın milli yeməyi. Bulyon - 40q, düyü - 30q, baş soğan - 24q, göy soğan - 26q, yerkökü - 40q, ispanaq - 50q, quzuqulağı - 50q, ərinmiş yağ - 15q, keşniş və ya nanə - 10q, lavaşana - 50q, duz, istiot. Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.
Turşu (qida)
Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Turşu qovurma
3x3 sm həcmində doğranmış qoyun əti Baş soğan Şabalıd Albuxara Limon turşusu Sarıkök Duz, istiot Əti yuyub bişirin. Şabalıdı çərtib 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3–4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun.
Turşu yağışı
Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH). Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur. 1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur. Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır.
Turşu ədədi
Turşu ədədi - turşu, yaxud turşu qarışığının ekvivaleit kütləsini, həmçinin bəzi texniki və təbii məhlulların, sərbəst turşuların miqdarını xarakterizə edən kəmiyyət. Turşu ədədi götürülmüş 1 q maddənin neytrallaşmasına sərf olunan KOH-ın milliqramla miqdarına bərabərdir.
Lipoik turşu
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur. Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir. Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır. Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir. Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir. Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər.
Badımcan turşusu
Benzoy turşusu
Benzoy turşusu C6H5COOH - ən sadə monokarbon aromatik turşudur. Asan sublimasiya olunan rənqsiz kristal maddədir. Suda çətin, üzvi həlledicilərdə (etanol, xloroform, dietilefiri) asan həll olur. Zəif turşudur. 1220C-də əriyir. İlk dəfə XIV əsrdə benzoy qatranından sublimasiya yolu ilə alınıb. 1832-ci ildə alman kimyaçısı Libix tərəfindən benzoy turşusunun quruluşu müəyyənləşdirilmişdir. Laboratoriyada benzoy turşusu toluola güclü oksidləşdiricilərin(KmnO4, CrO3,HNO3) təsirindən alınır. Sənayedə, benzoy turşusu toluolun oksigen ilə katalitik oksidləşməsindən 130-150 0C temperaturda və 200-500 kПа təzyiq altında alınır. Benzoy turşusu spirtlərlə mürəkkəb efirlər – benzoatlar əmələ gətirir.
Bibər turşusu
Bibər turşusu – bibərdən hazırlanan turşu növü. Mezoamerikada yaşayan Astek xalqı ispanların gəlişinə qədər acı bibərdən turşu hazırlayırdılar. Xalapelo bibərindən hazırlanan turşu Meksika mətbəxində bir çox xörəyin hazırlanmasından istifadə olunur. Ümumiyyətlə, Meksikada bibərlərin turşu şəklində satılması geniş yayılıb. İtaliya, Çili, Latın Amerikası mətbəxlərində də bibər turşusu geniş şəkildə hazırlanır. Bibər turşusunun hazırlanmasında bibər, ağ kələm, uzunzov bibər, pomidor, qırmızı bibər, kök, sarımsaq, cəfəri, duz, su və sirkə kimi inqredientlərdən istifadə olunur. Bibər turşusunu hazırlamaq üçün bütün ərzaqlar əvvəlcə qaba yığılır və suyun içərisində sirkə ilə saxlanılır. Qarışığıa rəndələnmiş kök və göyərtilər əlavə olunur. Daha sonra bibər bu qarışıqla doldurulur. Yanına isə sarımsaq əlavə olunur.
Dezoksiribonuklein turşusu
Dezoksiribonuklein turşusu (DNT) — canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəslə ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaq üzrə DNT-yə sahibdir. DNT heyvan vəya bitki kimi eukariot hüceyrələrdə nüvədə yerləşir. Buradaki DNT hüceyrənin bəzi mərhələlərində xromosom şəklində yüksək dərəcədə sıxışdırılır. Eukariotlarda DNT, həmçinin, mitoxondri və ya plastid kimi bəzi orqanellərdə də var. Bakteriya vəya arxey kimi prokariot orqanizmlərdə isə, DNT nüvəvari ərazidə hüceyrə membranına tutunmuş haldadır. Bu orqanizmlərdə plazmid deyilən, avtonom bölünə bilən kiçik və adətən dairəvi DNT molekulları da mövcuddur. Bundan başqa bəzi viruslar genetik material olaraq təkzəncirli və ya ikizəncirli DNT molekuluna sahibdir. DNT molekulunun əsas rolu hüceyrədə uzunmüddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür.
Ditiofosfat turşusunun efirləri
Ditiofosfat turşusunun efirləri (ДТФ) — qeyri-üzvi birləşmədir. Belə birləşmələri almaq üçün bu turşunun Na duzundan istifadə edilir. DTF həm efirləri, həm də metal duzları sürtkü yağlarına aşqar kimi geniş tətbiq olunur. ДТФ kristalhidrat əmələ gətirir, Na3PO2S2•17H2O etanolda həll olmur. Onun kristalları 45–460C-də əriyir. ДТФ turşusunun metal duzları, o cümlədən Zn duzu (ДФ-11) oksidləşmə, korroziya, siyrilmə və yeyilməyə qarşı yüksək keyfiyyətə malikdir. Onun mürəkkəb üzvi efirləri isə transmissiya yağlarının siyrilmə və yeyilməyə qarşı xassələrini yüksək dərəcədə yaxşılaşdırır. ДТФ turşusunun aromatik həlqəvi 1 radikallı birləşmələri isə yüksək oksidləşməyə qarşı xassəyə malikdir. Tritiofosfat turşusunun efirlərinin karbohidrogen radikallarının yeyilmə və korroziyaya qarşı xassələrinin effektliyinin təsirini öyrənmək üçün onların bəzi alkil və allil radikallı efirləri sintez edilib tədqiq edilmişdir. Bəzi tədqiqatlar göstərmişdir ki, yeyilməyə qarşı təsir xassəsi bu birləşmədə olan karbohidrogen radikallarının quruluşundan asılıdır, yəni zəncir böyüdükcə birləşmələrin effektliyi azalır, S- allil efiri daha yüksək effekt verir.
Ditiokarbamin turşusunun efirləri
Enant turşusu
Enant turşusu (heptan turşusu ) СH3(CH2)5СООН - birəsaslı doymuş karbon turşusudur. Bu yağlıtəhər rəngsiz maye xoşagəlməz qoxumuş yağ iyinə malikdir. Enant turşusunun duzları və anionları enantatlar adlanır. Enant turşusu suda az, lakin etanolda yaxşı həll olur. Enant turşusunun aşağıdakı izomerləri var: n-heptan turşusu СН3-СН2-СН2-СН2-СН2-СН2-COOH 5-metilheksanturşusu СН3-СН(СН3)-СН2-СН2-СН2-COOH 4-metilheksanturşusu СН3-СН2-СН(СН3)-СН2-СН2-COOH 3-metilheksanturşusu СН3-СН2-СН2-СН(СН3)-СН2-COOH 2- metilheksanturşusu СН3-СН2-СН2-СН2-СН(СН3)-COOH 3-etilpententurşusu СН3-СН2-СН(СН2-СН3)-СН2-COOH 2-etilpententurşusu СН3-СН2-СН2-СН(СН2-СН3)-COOH Merck Index, 11th Edition, 4581 David J. Anneken, Sabine Both, Ralf Christoph, Georg Fieg, Udo Steinberner, Alfred Westfechtel "Fatty Acids" in Ullmann's Encyclopedia of Industrial Chemistry 2006, Wiley-VCH, Weinheim.
Etilendiamintetrasirkə turşusu
Etilendiamintetrasirkə turşusu - Azərbaycan dilində qısaldılmış formada EDTS, ingilis dilində isə EDTA və bundan sonra –orjinalda olduğu EDTA kimi istifadə olunacaq,kimyəvi formulu (HOOCCH2)2N(CH2)2N(CH2COOH)2 – ibarət dördəsaslı karbon turşusudur, ağ rəngdə kiçik kristallara malik tozdur, suda az həll olur, bütün üzvi həlledicilərdə həll olur, qələvilərdə həll olur, metal kationları ilə etilendiamintetraasetat duzlarını əmələ gətirir. O, etilendiaminin monoxlorsirkə turşusu ilə kondensasiyasından alınır. EDTA ikilinatriumduzlarının dihidratları (komplekson ııı, trilon B, Na2-ЭДТА) şəklində toxuculuq, dəri, kağız, lakboya sənayesində, metal, kauçuk istehsalında, kinematoqrafiyada, suyun yumşaldılmasında istifadə olunur. Analitik kimyada ETDA-dan istifadə etməklə 60-dan çox elementi təyin etmək mümkün olur. Təbabətdə ETDA-dan orqanizmdə olan zəhərli və radioaktiv metalları çıxarmaq üçün, qanın konservləşdirilməsi üçün istifadə olunur. EDTA kobalt duzu toksikologiyada sinil və ya xlorsianla zəhərlənmə zamanı antidot qismində istifadə olunur. Stomatologiyada diş kanallarını endodontik emalında istifadə olunur. EDTA farmaseptik texnologiyalarda selikli qişa vasitəsilə orqanizmə daxilolmanı gücləndirən komponent kimi istifadə olunur1. Həmçinin kənd təsərrüfatında gübrə kimi istifadə olunur (elementlərin xelat formasında). Qidalandırıcı elementlərin xelat forması istər köklər və istərsə də yarpaqlar vasitəsilə yaxşı mənimsənilir.
Fenilsirkə turşusu
Fenilsirkə turşusu (α- toluol turşusu)- kimyəvi formulu С6H5СH2COOH olan üzvü birləşmədir. Fenilsirkə turşusu – parıltılı iynələrə bənzər, bal iyli bir maddədir. Üzvü birləşmələrdə həmçinin dietil efirində və etil spirtində yaxşı həl olunur. Suda pis həl olunur 1,66 q/100 q (20 °C). Fenilsirkə turşusunun sintezinin əksəriyyəti benzil - hallogenlərdən əmələ gəlir. Fenilsirkə turşusu benzil nitrilin hidrolizi ilə sintez edilə bilər, öz növbəsində benzil bromidin natrium siyanidlə qarşılıqlı təsiri ilə əldə edə bilərik. Fenilsirkə turşusunun ikinci sintez üsulu - benzilxloridin maqniumlaqarşılıqla təsirindən və sonradan alınan Qrinyar reaktivının karbon turşusu ilə reaksiyası nəticəsində alınır PhCH2Cl + Mg → {\displaystyle \to } PhCH2MgCl PhCH2MgCl + CO2 → {\displaystyle \to } PhCH2COOMgCl PhCH2COOMgCl + H2O → {\displaystyle \to } PhCH2COOH + Mg(OH)Cl Fenilsirkə turşusu və efirləri ətir kompozisiyalarının və qida sirkəsinin hazırlanmasında istifadə olunur Fenilsirkə turşusu amfetaminin sintezində bir başlanğıc maddə kimi istifadə olunur. Dovşanlar üçün fenilsirkə turşusunun yarım öldürücü dozası 5 q / kq təşkil edir. Рабинович В. А., Хавин З. Я. Краткий химический справочник. — Л.: Химия, 1977.
Fosfon turşuları
Fosfon turşuları - tərkibində fosfor birləşmələrini saxlayan turşulara verilən addır. Ümumi formul: R-PO(OH)2.
Ftal turşusu
Ftal turşusu' — (1,2-benzoldikarbon turşusu, ortoftal turşusu olaraq da bilinir[8]) — üzvi maddədir;iki əsaslı aromatik karbotsiklik turşuların ən sadə nümayəndəsidir. Onun duzlarına və efirlərinə ftalatlar deyilir. Tereftal və izoftal turşularının izomeridir. İysiz, rəngsiz monokristaldır. Ftal turşusu ilk dəfə 1836-cı ildə fransız kimyaçısı Auguste Laurent tərəfindən alınmışdır[4]. O, naftalin tetraxloridi oksidləşdirərək ortoftal turşusunu əldə edib. Əldə etdiyi maddənin naftalinin törəməsi olduğunu zənn edərək, ona "naftalin turşusu"demişdir.[4][5] [ İsveçrəli kimyaçı Jean Charles Galissard de Marignac düzgün formulunu təyin etdikdən sonra,[6] Laurent indiki adını verdi. .[4][7 XIX əsrdə istehsal üsulları, naftalin tetraxloridinin nitrat turşusu ilə oksidləşməsini və ya daha yaxşı olaraq, katalizator kimi civə və ya civə (II) sulfatdan istifadə edərək, dumanlanan sulfat turşusu ilə karbohidrogenin oksidləşməsini əhatə edirdi. .[4] Ftal turşusu kommersiya baxımından əhəmiyyətli bir məhsul deyil. Ftal anhidrid istehsalıbnda yan məhsul olaraq əmələ gəlir[9].
Gavalı turşusu
1 balon gavalı turşusunun hazırlanma qaydası: 2 kq gavalı 2x.q.duz 2x.q. üzüm sirkəsi 1ç.q. tünd sirkə (esensiya) 3 diş sarımsaq 1/2 ç.q. nanə qurusu 3 yarpaq dəfnə yarpağı 1 orta böyüklükdə acı bibər 5-6 ədəd qara istiot Sterilləşdirilmiş 3 litrlik balona sarımsaq, nanə qurusu, acı bibər, qara istiot və dəfnə yarpağı yığılır.Üzərinə yuyulmuş və çəngəllə deşilmiş gavalılar yığılır. Duz, esensiya və üzüm sirkəsi əlavə edilir və qaynar su tökülür. Ağzı ehmalca bağlanılır və soyumasını gözləyirik. Soyumuş məhlul ehmalca boşaldılır və yenidən qaynadılır. Gavalılar təkrar balona tökülərək germetik yolla qapaqla bağlanılır. Bağlanmış balon ağzı üstə çevrilir və soyuyana qədər saxlanılır. Gavalı Dəfnə yarpağı Sarımsaq Ətirli istiot Duz Esensiya (70% sirkə) Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun.
Hialuron turşusu
Hialuron turşusu (hialuronat, hialuronan) — birləşdirici, epitelial və sinir toxumalarının bir hissəsi olan sulfonlaşdırılmamış qlikozaminoqlikan. Bir çox bioloji mayelərin (tüpürcək, sinovial maye və s.) tərkibində olan hüceyrədənkənar matrisin əsas komponentlərindən biri. Hüceyrələrin çoxalmasında və miqrasiyasında mühüm rol oynayır. Bu maddəyə "hialuron turşusu" adı 1934-cü ildə alman alimi Karl Meyer və J.V. Palmer tərəfindən verilmişdir. Bəzi bakteriyalar (məs. Streptokokkus) tərəfindən istehsal olunur. Hialuron turşusu həmçinin A qrupunun streptokok ekstrasellüler kapsulunun tərkib hissəsidir və virulentlikdə rol oynadığı güman edilir. 70 kq olan insanın orqanizmində orta hesabla təxminən 15 qr. hialuron turşusu var və onun üçdə bir hissəsi hər gün dəyişir (parçalanır və ya sintez olunur). Hialuron turşusu sinovial mayenin özlülüyünə görə məsuliyyət daşıyan əsas komponentidir.
Hidroheksaflüorizoyağ turşusu
α-Hidroheksaflüorizoyağ turşusu (2-triflüormetil-3,3,3-triflüorpropion t-su, α- hidroperflüorizoyağ t-su)-(CF3)2CHCOOH, rəngsiz hiqroskopik kristal maddədir; Kəskin iyli, efirdə, asetonda və dioksanda yaxşı, suda isə pis həll olur (pKa — 2,35). α-Hidroheksaflüorizoyağ turşusunu P2O5-in köməyi ilə dehidratlaşdırdıqda davamlı bis-(triflüormetil)keten (CF3)2C=C=O, (C2H5)3N-in iştirakında dekarboksilləşdirdikdə isə 1,1,1,3,3,3-heksaflüorpropan (CF3)2CH2 alınır. α-Hidroheksaflüorizoyağın kalium duzu ~800C temperaturda 1,1,3,3,3-pentaflüorpropana CF3CH=CF2 çevrilir. α-H.t.-nin efirlərini dehidroflüorlaşdırdıqda perflüormetakril turşusunun efirləri CF2=C(CF3)COOR alınır. α-H.t.-ni perflüorizobutileni (CF3)2C=CF2 üzvi həlledicilərdə hidratlaşdırmaqla alırlar. Laboratoriyada efirlərin və (CF3)2C=C=O-nun sintezində istifadə olunur. Химическая энциклопедия, Изд. "Советская энциклопедия", М., 1988, т. 1, с. 1085.
Hidroksam turşuları
Hidroksam turşuları — RC(O)N(OH)R' funksional qrup saxlayan üzvi birləşmələr sinfi. Burada R və R' karbohidrogen radikalıdır. Faktiki olaraq onlar azot atomunda bir hidrogen atomu hidroksil qrupu ilə əvəz olunmuş amidlərdir (RC(O)NHR'). Əksər hallarda metallarla xelatəmələgətirici agent kimi istifadə olunurlar. Tautomerliyə malikdirlər, dönər olaraq hidroksiimin formaya keçə bilərlər. Hidroksam turşusu ilk dəfə Vilhelm Lossen tərəfindən 1869-cu ildə laboratoriya şəraitində alınmışdır. Etiloksalat və hidroksilaminin qarşılıqlı təsiri nəticəsində oksalohidroksamturşusu alınmışdır. Bir qədər sonra hidroksilaminin benzoy turşusunun xloranhidridi ilə reaksiyası nəticəsində hidroksam turşusunun mono-, di- və tribenzol törəmələrinin qarışığı alınmışdır. Hidroksam turşusunu adətən karbon turşularının xloranhidridləri və ya mürəkkəb efirlərdən alırlar. Məsələn, benzhidroksam turşusunun alınması aşağıdakı reaksiya tənliyinə uyğun olaraq gedir.
Həftəbecər turşusu
2 litrlik banka üçün 500 qr badımcan (təxminən 3 ədəd) — kiçik kublara doğranmış 1 kq (1 orta boy) kələm — yarı bölünüb nazik-nazik doğranmış 250 qr (2 ədəd) yaşıl bibər — iri-iri doğranmış 1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) — iri-iri doğranmış 500 qr (4 ədəd) göy pomidor — iri-iri doğranmış 500 qr (4 ədəd) yerkökü — uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz) 1 kərəvizin sapı — iri-iri doğranmış 1 baş sarımsaq — doğranmış 1 stəkan xırda doğranmış nanə 1 stəkan xırda doğranmış cəfəri 4 xörək qaşığı duz təxminən 300 ml (1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə 1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun, yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın. 2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun. Bu müddət ərzində tərəvəzlər sulanacaq. 3.
Kapril turşusu
Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir. Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2]. Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir. Solubility of octanoic acid in methanol Растительные масла, в которых содержится каприловая кислота [1].
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) СH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2- metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3- etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2- dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3- dimetilbutan turşusu СН3-СH(СН3)-СH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-СOOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-СOOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-СOOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-СOOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri СOOH-СН2-СН2-СН2-СН2-СН3 Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С ). Metanol, etanol, efirdə yaxşı həll olur. Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Karbon turşuları
Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur. Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar.
Karbonat turşusu
Karbonat turşusu — kimyəvi formulu H2CO3 olan zəif ikiəsaslı turşu. Turşuların bütün xassələrinə malikdir. Karbonat turşusu normal şəraitdə suya və karbon qazına parçalandığına görə sərbəst halda mövcud deyil: CO2 + H2O ↔ H2CO3 Karbonat turşusunun molekulundakı kimyəvi rabitə polyar kovalent rabitələrdir. Karbonat turşusunun da başqa üzvi turşular kimi müvafiq törəmələri vardır. Bu törəmələrdən karbonat turşusunun xloranhidridlərini, esterlərini və amidlərini göstərmək olar. Karbonat turşusunun iki cür xloranhidridi ola bilər. Bunalrada xlorkarbonat turşusu, ikincisi karboksixlorid və fosgen adlanır. Fosgen və ya karboksixlorid birinci dəfə Devi tərəfindən dəm qazına günəz işiğının təsiri ilə xlor birləşdirməklə alınmışdır, buna görə də fosgen (fos-yunanca) işıq adlanmışdır. İndi, fosgen üçün dəm qazı ilə xloru 2000-də kömür katalizatoru üzərindən buraxılırlar. Fosgen zəhərli boğucu qazdır, 80C-də qaynayır, benzolda yaxşı həll olur, su ilə parçalanır, karbon qazı ilə xlorid turşusu əmələ gətirir.
Kəhrəba turşusu
Kəhrəba turşusu (butandion turşusu, etan-1,2-dikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Ağ rəngli kristallar olub, suda və spirtdə həll olur, butun bitkilərin tərkibində, kəhrəbada az miqdarda vardır. Bitkilərin boy artımını ctimullaşdırır və məhsuldarlığı artırır, qarğıdalının inkişaf etməsini sürətləndirir. Ilk dəfə kəhrəba turşusunu XII əsrdə kəhrəbanın birbaşa qovulmasından almışlar. Sənayedə isə kəhrəba turşusu, əsas etibarı ilə, malein anhidridinin hidrogenləşdirilməsindən alınır. Kəhrəba turşusunun duzu və efirləri suksinatlar (lat. Succinum – kəhrəba) aşlandırılır. Kəhrəba turşusu ağ kristalar olub, zəif və yüngul duzlu-acıtəhər dada malikdir [2]. Ərimə temperaturu 183oC, qaynama temperaturu 235 oC-dir. 235oC-dən yuxarı temperaturda özündən Н2О ayırır və kəhrəba anhidridinə çevrilir.
Kələm turşusu
Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur. Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü. Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur. Polşada biqos yeməyinin inqredientidir. Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır. Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Malein turşusu
Malein turşusu - HOOC-CH = CH-COOH formuluna malik ikiəsaslı doymamış üzvi birləşmədir. Beynəlxalq nomenklatura ilə adı sis-butenedio turşusudur. Onun trans izomerinə fumarin turşusu deyilir.Malein turşusunun duzlarına və efirlərinə maleatlar deyilir.Ən çox fumarin turşunun istehsalında istifadə olunur. Malein turşusu molekulu fumarin turşusundan daha az stabildir. Yanma istiliyi arasındakı fərq 22.7 kJ / mol təşkil edir [1]. Malein turşusu suda çox yaxşı həll olur (25 °C -də 78.8 q / l), fumarin turşusu zəif həll olur (25 °C -də 6.3 q / l). Bu xüsusiyyətlər malein turşusu molekulunda molekullararası hidrogen bağının əmələ gəlməsi ilə izah olunur. Malein turşusu ilk dəfə 1819 -cu ildə alma turşunun distillə edilməsi yolu ilə Lassen tərəfindən alınmışdır. Perkinə (1881) görə, onu əldə etmək üçün alma turşusu asetil xloridlə işlənir, sirkə-alma anhidridi əmələ gətirir, onun hidratlaşması nəticəsində malein turşusu əmələ gəlir. Prosesin ümumi sxemi: Sənayedə malein turşusunu aşağıdakı sxemə görə benzolun katalitik oksidləşməsindən alınan malein anhidridinin hidrolizindən əldə edilir: Malein turşusunun ən vacib istifadəsi fumarin turşunun istehsalındatətbiqidir.

Digər lüğətlərdə