TUTQUNLAŞMAQ

f.
1. Tutulmaq, tutqun olmaq, qaralmaq. Göyün üzü getdikcə tutqunlaşır, hava tutqunlaşmışdı, narın qar yağırdı.
2. Rəngi qaralmaq, tündləşmək.
Yağlı boya ilə işlənmiş bədii və köhnə əsərlər tutqunlaşdıqda üzərlərinə lak çəkirlər. A.Qazıyev.

3. məc. Tutulmaq, pozulmaq, pərt olmaq.
Zeynəbin …ağ üzü tutqunlaşdı. M.İbrahimov.
Murad qaşlarını çatdı, üzü birdən-birə tutqunlaşdı. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUTQUNLAŞMAQ tutqunlaşmaq bax tündləşmək 1; bozarmaq 1
  • TUTQUNLAŞMAQ buludlaşmaq — dumanlaşmaq — qaralmaq — qarışmaq
  • TUTQUNLAŞMAQ məyuslaşmaq — kədərlənmək — qəmlənmək
TUTQUNLAŞMA
TUTQUNLUQ

Digər lüğətlərdə