Təhlə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Bərdə rayonunda da bu adda kənd mövcuddur.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.