1. UCA Amma [günəşin] şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü (S.S.Axundov); ALI Hülaku xan paytaxtı Təbriz şəhərində ali bir imarət tikdirdi (A.Bakıxanov); BOYLU toylu çinar budaq atmış, qol atmış (R.Rza); BÜLƏND (kl.əd.) Eylər azadələrin adını aləmdə bülənd; Sərv edərsə özün ol şiveyi-rəftarə fəda (Qövsi); HÜNDÜR Aralıda olan hündür və silsilə dağlar başındakı səngərlərdən güllə səsləri artır... (S.Rəhimov); QƏLBİ (dial.) Ağabala: Dağ qəlbidir, – dedi, qarabağlı qızına sataşdı (Çəmənzəminli); ŞUMAL Tikildi divarlar, şumal dirəklər (M.Müşfiq); YÜKSƏK Nəriman: ..dünya üzündə ən yüksək bir zirvə, dərin bir ümmansınız, bütöv bir dünyasınız! (S.Rəhimov).
2. uca bax ucaboy(lu)
3. uca bax ülvi
4. uca bax zil 1