Anar Umudov
Anar Umudov (tam adı: Anar Azər oğlu Umudov; 9 iyun 1983, Liski) — Azərbaycanlı hüquqşünas, siyasətçi; "Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri" MMC-nin təsisçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü; 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə, 2015 və 2020 Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" adlı hesabatların Azərbaycana aid hissəsinin hazırlanmasında fəal iştirak etdiyinə görə Dünya Bankı tərəfindən dəfələrlə təşəkkürə layiq görülüb, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarının Azərbaycanda həyata keçirdikləri irihəcimli kreditləşmə layihələrinin hüquqi müşayiətində iştirak edib.Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və seminarlarda işitirak edib. Hüquq sahəsində bir sıra təlim və seminarlarda mühazirəçi qismində çıxış edib.
15 ildən artıq hüquqşünas ixtisası üzrə, o cümlədən 10 ilə yaxın rəhbər vəzifələrdə iş stajına malik olan Anar Umudov Azərbaycanın bir sıra tanınmış müəssisələrində işləyib.
İngilis və rus dillərini yüksək səviyyədə bilir.
== Həyatı ==
Anar Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Sovet Federativ Sosialist Respublikasının Voronej vilayətinin Liski şəhərində anadan olub.1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda "Tərəqqi liseyi" adlanan 66 №-li orta məktəbi bitirib.2003-2004-cü illərdə hərbi xidmətdə olub.Ailəlidir, 5 övladı var.
== Təhsili, elmi və pedaqoji fəaliyyəti ==
2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olunub, 2019-cu ildə doktorantura təhsilini müvəffəqiyyətlə başa vurub.Hazırda "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qəbulunun beynəlxalq-hüquqi aspektləri" mövzusunda dissertasiya işi üzərində işləyir.2016–2018-ci illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti kafedrasında müəllim işləyib.
2017-ci ildə Akademik IELTS imtahanından 6.5 bal toplayıb.
"Ümumdünya Ticarət Təşkilatı hüququ – Beynəlxalq ticarətin yeni tənzimləmə aləti kimi" və "Azərbaycan və ÜTT: Üzvolma prosesi və daxili hüquq normalarının ÜTT qaydalarına uyğunlaşdırılması məsələlərinin bəzi aspektləri" elmi məqalələrinin müəllifidir.
İngilis və rus dillərini yüksək səviyyədə bilir.