UNCARED-FOR

adj 1. atılmış; ~ child atılmış uşaq; 2. baxımsız; ~ garden baxımsız bağ

UNCAPPED
UNCAREFUL
OBASTAN VİKİ
Babez For Breakfast
Babez For Breakfast — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == SCG5: It's A Boy!
Crazy For You
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
For-de-Frans
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Karib hövzəsində Martinika idarəsinin paytaxtıdır. O, həmçinin Karib hövzəsindəki əsas şəhərlərindən biridir. İxracatına şəkər, rom, konservləşdirilmiş meyvə və kakao daxildir. == Coğrafiya == Fransada Fort kimi tanınan For-de-Frans, Madame çayının aşağı axarında, böyük For-de-Frans körfəzinin şimal girişində, Martinikanın qərb sahilində yerləşir. Şəhər dağlar və dəniz arasında dar, düzünə ərazidə yerləşir və adanın bütün yerlərindən yol əlçatan edir. == Tarix == Pierre Belain d'Esnambuc qardaşı oğlu Jak Dyel du Parket (1606–1658) 1638-ci ildə Martinikanın ilk qubernatoru olmuşdur. Fort Saint Luis düşmən hücumlarına qarşı şəhəri qorumaq üçün qala inşa etmək qərarına gəlmişdir. XIV qubernator Luis general Baas və Marquis təyin edərək qalanı 1669-cu ildə məhv edərək və yenidən tikmişdir. Onun əmrilə varisləri, Blenac xüsusən də Kount qalanı Vauban dizayn ilə inşa etmişlər.
For My Pain…
For My Pain... ( Qısacası FMP) - olan Finlandiyalı qotik metal qrupu, tərkibinə müxtəlif fin qruplarından iştirakçılar daxil olub — Embraze, Eternal Tears of Sorrow, Nightwish, Charon və Reflexion kimi qrupların üzvləri qatılıb.. For My Pain-i yaratmaq ideyası… 1999-cu ildə gəldi, Altti Vetelyaynen (bas-gitara) və Petri Sankala (zərbələr), Eternal Tears of Sorrow-dan hər ikisi, yeni layihəni yaratmağı istədilər. Onlar öz dostlarını, Tuomas Holopainen (Nightwish-dən klavişnik) və Lauri Tuoximaa (Charon-dan və Embraze-dan gitara çalan) qoşulmağı xahiş etdilər. Onlar hər biri qrup ilə əlaqədar idi, ancaq sonra layihə təxirə salınaraq digər əlverişli vaxtlarıa saxlanıldı. == Fallen (2001—2006) == Bir neçə ildən sonra layihə yenidən hazırlanmağa başlandı. Bu dəfə üzvlərin daha çox vaxtları var idi. Qrupa iki yeni üzv, Oli-Pekka Tyorryo (Eternal Tears of Sorrow-dan gitara çalan) və Yuxa Kyulmyanen (Reflexion qrupundan vokalist) qoşuldu, və qrup 2001-ci ildə öz debüt albomunun yazısına başladı. Daha sonra qrup 2003-cü ildə “Fallen” adlı debüt albomunu və 2004-cü ildə "Killing Romance" adlı sinqlı buraxdı. Bu albom və sinqllardan sonra qrup üzvləri layihənin fəaliyyətini dayandırdı.
Justice for Khojaly
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Longing for Dawn
Longing for Dawn — 2002-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == 2005-ci ildə qrupun ilk debüt "One Lonely Path" adlı albomu buraxıldı. Bu albomdan sonra Grau Records şirkəti ilə müqavilə imzalayaraq, daha sonra 2007-ci ildə "A Treacherous Ascension" və 2009-cu ildə "Between Elation and Despair" adlı üçüncü studio albomu buraxıldı. Bu albom qrupunun ən məşhur albomu olmuşdur.
Party for everybody
Party for everybody-2012 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil edən mahnı. Bu mahnı 259 bal toplayaraq 2- ci oldu. Mahnınını Buranovskiye Babuşki qrupu oxuyurdu.
Ready for Romance
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. == Oyunun inkişafı == Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Waiting for Cousteau
Waiting for Cousteau ( Fransız: En assistant Cousteau ) — Jan Mişel Jarrın 1990-cı ildə Polydor lisenziyası ilə Disques Dreyfus tərəfindən buraxılmış albomudur. Bu albom Jak-İv Kustoya həsr olunub və 11 iyun 1990-cı ildə onun 80 illik yubileyində işıq üzü görüb.
Lust for Life
Lust for Life — amerikalı müğənni Lana Del Reyin 21 iyul 2017-ci ildə Polydor və Interscope Records tərəfindən buraxılan beçinci studiya albomu. Albomun prodüserliyini Rick Nowels, Kieron Menzies, Emile Haynie, Boi-1da, Max Martin, Benny Blanco və Metro Boomin etmişdir. Bəzi treklərdə The Weeknd, ASAP Rocky, Stivi Niks, Şon Lennon və Playboi Carti qonaq ifaçı kimi yer alıb.
Beatles For Sale
Beatles For Sale — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Birinci tərəf === "No Reply" (Lennon, Makkartni) "I'm a Loser" (Lennon, Makkartni) "Baby's in Black" (Lennon, Makkartni) "Rock and Roll Music" (Berri) "I'll Follow the Sun" (Lennon, Makkartni) "Mr.
A Song for You
A Song for You — The Carpenters albomu.
A is for Allah
A is for Allah — Yusuf İslamın 2000-ci ildə çıxardığı albom.
Association for Computing Machinery
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Bullet for My Valentine
Bullet For My Valentine — 1998-ci ildə İngiltərədə yaranan heavy metal qrupu. == Qrup haqqında == Əslən 1997-ci ildən etibarən Jeff Killed John adıyla heavy metal tərzində oxuyan, xüsusilə Metallica və Nirvana kimi qrupların mahnılarını coverlayan qrup üzvləri 2003-cü ildə qrupun adını və tərzini dəyişdirməyə qərar verdi. Eyni il Roadrunners-dan albom təklifi alan qrup, bu təklifi rədd etdi və qısa bir müddət sonra Sony BMG ilə 5 albomluq bir müqavilə imzaladı. 2004-cü ilin sonlarına doğru qrupun adını daşıyan və Colin Richardson prodüserliyində yazılan EP nümayiş olundu. Onu 2005-ci ildə Trustkill Recordsdan çıxan "Hand of Blood" EP-si izlədi. EP haqqında müsbət olduğu qədər olduqca mənfi şərhlər da qəbul edən qrup, "The Poison" adlı ilk albomlarını 2005-ci ilin sonlarına doğru nümayiş etdi. Siyahılarda üst sıralara qədər çıxan albomun satış rəqəmi 2008-ci ilin fevral ayında 375,000 idi. Qrupun siyahılardakı vəziyyəti çox pis görünməsə də musiqi tənqidçiləri qrupun musiqisini narahat edici və "ortalama" səviyyədə qiymətləndirirdilər. Albomdan çıxan ilk sinql "4 Words to chok Up" oldu. Ardından "Suffocating Under Words of Sorrow (What Can I Do)".
For-de-Frans (rayon)
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Martinika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Martinika. Suprefektura — For-de-Frans. Rayon əhalisi 2006-cı ildə 165 494 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 967,80nəf / km². Rayon sahəsi — 171 km².
Requiem for a Dream
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. == Mövzusu == Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
Sen-Vensan-le-For
Sen-Vensan-le-For (fr. Saint-Vincent-les-Forts, oks. Sant Vincenç dei Fòrts) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04198. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 264 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 165 nəfər (15-64 yaş arasında) 136 nəfər iqtisadi cəhətdən, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82,4%, 1999-cu ildə 79.8%). Fəal olan 136 nəfərdən 124 nəfər (68 kişi və 56 qadın), 12 nəfər işsiz (2 kişi və 10 qadın) idi.
Uncharted: Fight for Fortune
Uncharted: Fight for Fortune — 2012-ci ilin dekabrın 4-də satışa çıxarılan oyun, "Uncharted" seryasına əsaslandırılmış bir sıra əsaslı strategiya kart oyunudur. Oyun, iki oyunçunu seriyadaki obrazları təmsil edərək bir-birlərinə qarşı döyüşdürür. Oyunçular qarşı tərəfi məğlub etmək üçün kart dəstələrindən istifadə edirlər. Oyun, Uncharted: Golden Abyss ilə əlaqə quraraq, oyundakı irəliləmələrinə və qazanmış olduqları kuboklara əsaslanaraq oyunçuların yeni kartlar qazanmağına imkanı verir. Əsas oyundan olan kartlar Uncharted: Drake’s Fortune, Uncharted: Golden Abyss və Uncharted: Indra'nın Gözü'ndən gəlir. PlayStation Network'da Uncharted 2: Among Thieves və Uncharted 3: Drake’s Deception-dan kartlar əlavə etmək üçün iki genişlətmə paketi hazırlandı. == Qəbulu == Uncharted: Fight for Fortune satışa çıxarıldıqdan sonra müsbət fikirlərlə qarışdı. Destructoid jurnalisti Kris Karter oyunun 7.5 / 10 verərək, "Təməlində, Uncharted: Fight for Fortune, Magic: The Gathering-ın elementlərini daşıyan, sadələşdirilmiş bir vəsait rəhbərliyi oyunudur" dedi. Metacritic-də oyun 25 şərh ilə hesablandıqdan sonra 67/100 bal aldı, yəni qısaca oyun "qarışıq və orta baxış" aldı.
V for Vendetta (film)
V — Vendetta deməkdir (ing. V for Vendetta) — 2006-cı ildə ABŞ, Böyük Britaniya və Almaniya kino studiyalarının ortaqlığı sayəsində fantastika filmi janrında çəkilən filmdir. == Məzmun == Filmin əvvəlində Barıt sui-qəsdi iştirakçısı olan Qay Foksun tutulması və edam vaxtı təsvir edilir. Ardınca filmdə göstərilən hadisələr yaxın gələcəkdə 2038-ci ildə baş verir. Artıq ABŞ dünya üzərində hegemonluğunu itirmişdir. Böyük Britaniyada hakimiyyətə "Norsefire" partiyasının nümayəndələri gəlmişdir. Bu partiyanın heyəti, dövlətdə sürətlə yayılan virusun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini öz üzərinə götürmüşdür. 4 noyabr tarixində Qay Foksun maskasını taxan və özünü "V" adlandıran naməlum şəxs, "Federal Təhqiqat Bürosu" tərəfindən yaxalanan "BTN" (British Television Network) assisenti olan İvi Hemmondu xilas edərək, buradan qaçırır. "V", İvini xilas edərək onu damın üzərinə aparır və bir neçə dəqiqədən sonra 5 noyabr tarixinə qədəm qoyulur. Bu zaman Londonun küçələrində Pyotr Çaykovskinin "1812-ci il" adlı uvertürasının sədaları altında atəşfəşanlığın partlaması müşahidə olunur.
Waiting for the End
Waiting for the End — Linkin Parkın dördüncü studiya albomu olan A Thousand Sunsdan çıxan 2-ci sinqlı. 1 oktyabr 2010-cu il tarixində çıxmışdır. Klipi isə 8 oktyabr 2010-cu il tarixində Co Han prodüserliyi ilə çıxarılmışdır. Sinql çıxdıqdan sonra "Guitar Hero: Warriors of Rock" adlı oyunun soundtreki olmuşdur. == Sinqldakılar == "Waiting for the End" – 3:51 "The Catalyst ("Guitarmagedon" DIOYY? Remix) – 3:06 == Klipi == Waiting for the End klipi xüsusi effektlər vasitəsilə çəkilmişdir. Klipə Co Han prodüserlik etmişdir.
Windows Subsystem for Linux
Windows Subsystem for Linux (WSL) — proqramçılara ayrıca virtual maşına və ya ikivariantlı önyükləməyə ehtiyac olmadan Linux mühitini idarə etməyə imkan verən Windows funksiyası. WSL 1 2 avqust 2016-cı ildə buraxıldı və Windows nüvəsində Linux sistem çağırışlarını həyata keçirməklə Linux ikili icra proqramlarını (ELF formatında) işə salmaq üçün uyumluluq təbəqəsi kimi çıxış etdi. Windows 10, Windows 10 LTSB/LTSC, Windows 11, Windows Server 2016, Windows Server 2019 və Windows Server 2022-də mövcuddur. 2019-cu ilin may ayında Hyper-V xüsusiyyətlərinin bir hissəsi vasitəsilə real Linux nüvəsi kimi mühüm dəyişiklikləri təqdim edən WSL 2 elan edildi. WSL 2-nin WSL 1-dən fərqi tam Linux nüvəsini istifadə edən idarə olunan virtual maşın daxilində işləməsidir. Nəticədə WSL 2 WSL 1-dən daha çox Linux ikili faylları ilə uyğunlaşır, çünki WSL 1-də bütün sistem çağırışları tətbiq olmayıb. 2019-cu ilin iyun ayından etibarən WSL 2 Windows 10 müştəriləri üçün Windows Insider proqramı, o cümlədən Home versiyası vasitəsilə əlçatandır. WSL standart olaraq bütün Windows 10 istifadəçiləri üçün mövcud deyil. Onu ya Windows Insider proqramına qoşulmaqla, ya da manual olaraq quraşdırmaq olar. == Tarixi == Microsoft-un Windows-da Unix-ə bənzər uyğunluğa nail olmaq üçün ilk addımı MKS/Interix vasitəsilə Windows Services for UNIX ilə əvəz edilən və nəhayət Windows 8.1-in buraxılması ilə istifadəsi dayandırılan Microsoft POSIX Subsystem ilə başladı.
For All the Dogs
For All the Dogs — kanadalı repçi-müğənni Dreykin səkkizinci studiya albomu. 6 oktyabr 2023-cü ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Virginia Beach 02. Amen (featuring Teezo Touchdown) 03. Calling for You (featuring 21 Savage) 04. Fear of Heights 05. Daylight 06. First Person Shooter (featuring J. Cole) 07. IDGAF (featuring Yeat) 08.