VÜCUDNAMƏ

is. [ ər. vücud və fars. …namə] Folklorda: insanın doğulduğu gündən son gününə qədər keçirdiyi həyatın ayrıayrı mərhələlərini əks etdirən aşıq şeri forması. Vücudnamənin ən gözəl nümunəsini Aşıq Bozalqanlı vermişdir.
VÜCUDLU
VÜKƏLA
OBASTAN VİKİ
Vücudnamə
Vücudnamə — aşıq şeri şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur. Koroğlunun "Bənzərsən" rədifli vücudnaməsi Azərbaycan poeziyasında bu şeir şəklinin ən tanınan nümunələrindəndir.

Digər lüğətlərdə

антибуржуа́зный бесчу́вствие проту́хлый сраста́ние то́лпище фибропласты́ черке́ска немногоречи́вый посыла́ться стесни́тельно турбострое́ние уберега́ться clank disengagement cutting four-channel gollop obey pathetically rudderless versus бугристый гиацинт почему прокламировать трактирщик