1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. İstehsal vasitələri. Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir.
□ Bu vasitə ilə – bu yol ilə, bu üsul ilə, bu qayda ilə. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun.
2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. Sarğı vasitələri. Dezinfeksiya vasitələri.
3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı.