VAVEYLA

is. [ ər. ] Vay, dad, fəryad, fəğan. Vaveyla qoparmaq.
[Əbülhəsən bəy:] Biz Təbriz küçələrində qopan bu vaveylanın təzə bir macəra olduğuna inanırdıq. M.S.Ordubadi.
Şapkalı zabitlərin ağır addımları döşəmədə fəlakət kimi səslənəndə evdə vaveyla ucaldı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VAVEYLA vaveyla bax fəryad
  • VAVEYLA vay — dad — fəryad — fəğan

Antonimlər (əks mənalı sözlər)

  • VAVEYLA VAVEYLA – SEVİNC Çatmayır göylərə vaveylam (S.Rüstəm); Sevincimin həddi yox idi (M.İbrahimov)
VAV
VAY
OBASTAN VİKİ
Vaveyla (pyes)
Vaveyla (pyes) — "Vaveyla" səhnə əsəri, 1926-cı ildə “Bakı İşçisi Kooperativ Nəşriyyatı” tərəfindən Bakıda çap edilmişdir. İki pərdədən ibarət "Vaveyla" tragikomediya 1926-cı ildə qələmə alınmışdır. Əsərdə, din adı altında avam xalqı aldadan mollalar yazıçı tərəfindən tənqid edilir. Bundan başqa, yazıçı xalqı maariflənməyə, bu cür yalançı insanların oyununa gəlməməyə çağırır. Əsərdə, İranda fərqli peşələrdə çalışan insanların Qafqazdakı insanların cahilliyindən faydalandıqları və onları aldatdıqlarından bəhs olunur. Molla Kazım İranda saxtakarlıq etməklə insanları aldatmaqla məşğuldur. Qafqaza gəldikdə hər yanda özünü mömin kimi təqdim edir. Burada insanları cəhalətə aparır və bu yolla pulunu qazanır. Özünü dini xadimi kimi tanıtsa da, əslində dindən xəbərsiz biridir. Nəhayət, xalqın içərisindən onun yalanlarını ifşa edən biri çıxır və bütün etdiklərinin hesabını ödətdirir.

Digər lüğətlərdə

биосенсо́рный больни́чный верстачо́к выме́ривать дальнови́дно короткоше́ий отругну́ться присно... ревизиони́стка свино́й золотоиска́тельный инфици́ровать неизмери́мо оглупе́ть па́чканье созорова́ть уворова́ть у́зкость стамед -phasia Camilla polytheist словарный ужаснуться яранга