Baca-baca: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Heeeeeeeeeeee
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 212.47.140.187 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Abbas elçin tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.
Teqlər: Geri qaytarma SWViewer [1.4]
 
Sətir 20: Sətir 20:
Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. [[Hüseynqulu Sarabski]] yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı. Onların torbasına hökmən bir şey salmaq lazım idi".<ref>Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 479. ISBN 978-9952-34-152-2</ref>

== Oyunun qaydaları ==
Salam necesiz dostlar men yaxşıyam siz nasılsınız

Baca-baca oyunu ilaxır çərşənbə və Novruz bayramı axşamlarında qaranlıq düşəndən sonra bayram payı almaq üçün qapıları (keçmişdə isə bacaları) döyür, gizlincə şalı (torba, papaq və s.) içəri atarlar. Ev sahibi qapıdan (bacadan) içəri atılan (sallanan) şalın (torba və ya papağın) ucuna (içərisinə) şəkərbura, kətə, şorqoğal, qırmızı yumurta, ləbləbi, qovurğa, qoz, fındıq, kişmiş, iydə, badam, püstə, qaysı qurusu, qax və s. çərəzlər bağlayır. Bəzən niyyətləri hasil olan nənələr, analar, gəlinlər şala corab, ətirli sabun, əl dəsmalı və ya başqa qiymətli nəsnə qoyurlar. Xalq ədəbiyyatında uşaqların bacadan şal-torba sallamalarını əks etdirən deyimlərdən biri belədir:

<poem>
Şalın sallandı bacadan,
Can gülüm, can-can!
Al payını bacadan,
Can gülüm, can-can!
Sal heybəni, çək payını,
Can gülüm, can-can!
Can gülüm, can-can!
</poem>

== Mənbə ==
== Mənbə ==

Səhifəsinin 15:03, 10 yanvar 2021 tarixinə olan son versiyası

Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız, bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım.
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı. Onların torbasına hökmən bir şey salmaq lazım idi".[1]

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Baca-baca oyunu ilaxır çərşənbə və Novruz bayramı axşamlarında qaranlıq düşəndən sonra bayram payı almaq üçün qapıları (keçmişdə isə bacaları) döyür, gizlincə şalı (torba, papaq və s.) içəri atarlar. Ev sahibi qapıdan (bacadan) içəri atılan (sallanan) şalın (torba və ya papağın) ucuna (içərisinə) şəkərbura, kətə, şorqoğal, qırmızı yumurta, ləbləbi, qovurğa, qoz, fındıq, kişmiş, iydə, badam, püstə, qaysı qurusu, qax və s. çərəzlər bağlayır. Bəzən niyyətləri hasil olan nənələr, analar, gəlinlər şala corab, ətirli sabun, əl dəsmalı və ya başqa qiymətli nəsnə qoyurlar. Xalq ədəbiyyatında uşaqların bacadan şal-torba sallamalarını əks etdirən deyimlərdən biri belədir:

Şalın sallandı bacadan,
Can gülüm, can-can!
Al payını bacadan,
Can gülüm, can-can!
Sal heybəni, çək payını,
Can gülüm, can-can!
Can gülüm, can-can!

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.40.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 479. ISBN 978-9952-34-152-2