Fincan-fincan

Vikipediya saytından
II. Niveles (müzakirə | töhfələr) (typos fixed: əhv → əfv, replaced: <references/> → {{İstinad siyahısı}} using AWB) tərəfindən edilmiş 06:57, 24 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Fincan-fincanAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır.

Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır.[1]

Oyunun qaydaları

Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əfvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.[2]

Mənbə

  1. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 486. ISBN 978-9952-34-152-2
  2. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.87.

Xarici keçidlər

Həmçinin bax