Baca-baca

Vikipediya saytından
212.47.140.187 (müzakirə) (Heeeeeeeeeeee) tərəfindən edilmiş 15:03, 10 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız, bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım.
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı. Onların torbasına hökmən bir şey salmaq lazım idi".[1]

 Salam necesiz dostlar  men yaxşıyam  siz nasılsınız

Mənbə

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.40.

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 479. ISBN 978-9952-34-152-2

Həmçinin bax