İmirzik

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İrəvan quberniyasının inzibati xəritəsi; 1890-cı il vəziyyətinə uyğun 1892-ci ildə tərtib edilib.

İmirzikİrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd

İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi.

1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi[1]. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir.

Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir. -zik kiçiltmə mənası bildirən -cik şəkilçisinin dialekt formasıdır.

İstinadlar

  1. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86