Mağaracıq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tarixi Azərbaycan əraziləri
Mağaracıq
Ümumi məlumatlar
Bölgə Şörəyel mahalı
Sahəsi
  • 3,1 km²
Əhalisi 250 ailə (1988)
Saat qurşağı
Xəritədə yeri
Mağaracıq xəritədə
Mağaracıq
Mağaracıq

MağaracıqŞörəyel mahalında kənd[1].

Tarixi

Şörəyel mahalının tərkib hissəsi kimi, indiki Amasiya(Hamasa) rayonu da vaxtilə Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars(Kars) vilayətinin tərkib hissəsi kimi, 1877-1878-ci illərdə Rusiya tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanmış. Daha sonralar isə Amasiya rayonu adlandırılmışdır. Yaşlı nəsillər Amasiya ya Hamasa deyərdilər.

Mağaracıq rayon mərkəzindən 9 km məsafədə yerləşirdi.

Əhalisi

Mağaracıqda 1988-ci ilə qədər 250-yə yaxın azərbaycanlı ailəsi yaşayırdı. Mağaracıqda yaşayan soylar bunlardır: Molla İsmayıllılar, Molla Məmmədlilər, Molla Hasanlılar, Hacı Salmanlılar, Kərbalayi Söyünlülər, Xıləsgərlər və başqaları.[mənbə göstərin]

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2