Qaraqala (Loru)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənd
Qaraqala
41°06′ şm. e. 44°07′ ş. u.
Ölkə  Ermənistan
Region Loru mahalı
Rayon Vorontsovka rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.710 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 62 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraqala xəritədə
Qaraqala
Qaraqala

QaraqalaTiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd.[2]

Tarixi

Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var.

Toponimi

Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur. XIX əsrin ortalarında Yuxarı Qaraqaya və Aşağı Qaraqala hissələrindən ibarət olmuş, XX əsrin 30-cu illərində birləşmişdir. Yaxınlıqdakı "Qaraqala" qala xarabalığının adındandır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарагала // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.

Əhalisi

Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. 1886-cı 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə sakinləri deportasiya edilir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra deportasiya olunmuş azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır[4]. Kəndin sakinləri 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 148–149
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.79, 149