Seyidli (Ağdam)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Seyidli
40°02′37″ şm. e. 46°59′59″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Seyidli xəritədə
Seyidli
Seyidli

SeyidliAzərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.[1]


Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]

Tarixi

Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.[3]

Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.[4]

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.

Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir.

Mədəniyyəti

Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbiTillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi.[4]

Təhsil

Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.

Coğrafiyası və iqlimi

Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir.

Əhalisi

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır. Həmin illər Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. 1844 ildə aparılmış siyahıya alınmaya əsasən əhalisinin ümumi sayı 184 nəfər olmuş Seyidlidə 113 kişi, 71 qadın yaşamışdır. 1848-ci və 1865-ci illərdə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. 1848-ci ildə kişilərin sayı təxminən 167 nəfər idi. 1865-ci ildə 78 evdən ibarət Seyidlinin 254 kişi sakini var imiş. 1873-ci ilin məlumatında isə Seyidli 86 evdən ibarət idi. Həmin ildə Seyidlinin kişi və qadından ibarət 498 nəfər sakini olmuşdur.[4]

1983-cü ilin məlumatına görə Seyidli kəndinin əhalisi 3478 nəfər idi.

Şəxsiyyətləri

Şəkillər

İqtisadiyyatı

Erməni işğalına qədər Seyidli kəndinin əhalisi üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur.[4]

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və gmalovörkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4-10 iyul 2012-ci il
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Kərbəlayi Mirəli nəslinin görkəmli övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 15-22 dekabr, 2012, № 29(113)
  • Orxan Zakiroğlu (Baharlı). Kərbəlayi Mirəli nəslinin tanınmış din xadimi. "Təzadlar" qəzeti, 01 dekabr, 2012-ci il, № 182(1725)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732)
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33 (165)
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 aprel 2013-cü il, № 14 (124)

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  3. Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  4. 1 2 3 4 Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)