"Bütöv Azərbaycan" qəzeti

Bütöv Azərbaycan — qəzet.

Bütöv Azərbaycan
Növ Həftəlik ictimai-siyasi qəzet
Format A3
Təsisçi Tamxil Ziyəddinoğlu
Baş redaktor Tamxil Ziyəddinoğlu
Redaktor İlham Məmmədli
Yaranma tarixi 21 may 2008-ci il
Dil Azərbaycan dili
Qiymət 30 qəpik
Səhifə 16
Ünvan Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.
Ölkə
Tiraj 3000
www.butov.az,
e-mail: [email protected];
[email protected];
tel. 012 510 94 15

Qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu, redaktor isə İlham Məmmədlidir.

Qəzet 21 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2599.

2008-ci ildə "Bütöv Azərbaycan" qəzeti təsis edilib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının erməni-rus hərbi birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanın mütləq bütövləşəcəyinə inamının ifadəsidir.

Qəzet təsiçiləri hesab edirlər ki, "Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna redaksiya heyəti olaraq özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir ". [1]

  1. "Bütöv Azərbaycan (qəzet)". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.