Abdullah Vassaf Əfəndi
Abdullah Vassaf Əfəndi | |
---|---|
Əvvəlki | Seyid Murtuz Əfəndi |
Sonrakı | Kürəkənzadə Feyzullah Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1662 |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | qazı |
Atası | Mehmed Əfəndi |
Uşağı | Vassafzadə Əsad Əfəndi |
Abdullah Vassaf Əfəndi (1662, Akhisar[d], Manisa ili – 1761, İstanbul) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. Oğlu Əsad Əfəndi də Sultan Əbdülhəmid səltənətində şeyxülislam olmuşdur.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Doğulduğu tarix bilinmir. Bayramiyyə təriqətinin şeyxlərindən Akhisarlı İlyasın müridlərindən Mehmed Əfəndinin oğludur.[2] İlk təhsilini ətrafındakı üləmalardan alan Abdullah Əfəndi daha sonra İstanbula gəldi və Anadolu qazəsgəri Qara Xəlil Əfəndidən dərslər aldı. Təhsilini tamamlamasının ardından 1699-cu ildə müdərrislik dərəcəsi qazandı. Ardından müəllimi olan Qara Xəlil Əfəndinin qızıyla evlənərək üləma zümrəsində tanınmağa başladı. 1724-cü ilədək müxtəlif mədrəsələrdə müdərris olaraq xidmət etdi. Daha sonra isə qazılığa yüksəldi və Salonikiyə təyin olundu. 31 iyul 1726-cı ildə bu vəzifəsindən azad edildi və ertəsi il Misir qazılığına gətirildi. 1728-ci ildə vəzifəsini tamamladı və İstanbula döndükdən sonra fətva əmini oldu.
Bu vəzifədə ikən, İranda hakimiyyəti ələ alan Nadir şah Əfşar cəfəriliyin məzhəb olaraq dəyərləndirilməsi məqsədilə Osmanlı dövlətindən bir elmi heyətin göndərilməsini istəmiş, Abdullah Əfəndi də Anadolu qazəsgərliyinə namizəd göstərilərək 1736-cı ildə kaptan-ı dərya Elçi Mustafa Paşanın rəhbərliyində toplanan heyətin içərisində isfahana göndərilmişdir. 2 il boyunca İsfahan, Qəndəhar və Səmərqənddə şiə alimləri ilə müzakirələr aparmış, burada qazandığı nüfuzla "İran qazəsgəri" ləqəbi qazanmışdır. İrandan döndükdən sonra 13 iyun 1741-ci ildə Anadolu qazəsgəri oldu. 1746-cı ilin dekabrında Rumeli qazəsgərliyinə namizəd seçildi və 20 iyun 1749-cu ildə bu vəzifəyə gətirildi. Bundan bir neçə ay sonra qaynı Mehmed Səid Əfəndi şeyxülislamlığa yüksəldi və bir illik vəzifə müddətini tamamlamasının ardından 15 iyun 1752-ci ildə ikinci dəfə Rumeli qazəsgəri oldu. Seyid Murtuz Əfəndinin vəzifədən alınmasının ardından 12 yanvar 1755-ci ildə şeyxülislamlığa yüksəldi.[3]
Yaşlı olması səbəbilə dövlət işləriylə yaxından məşğul ola bilməmiş, tarixçi Şəmdanizadəyə görə, ətrafındakı insanların rüşvətxorluğu səbəbilə həmin il 8 iyunda vəzifədən alınmışdır. Ardından Bursada yaşamağa məcbur edilsə də, çox keçmədən Sarıyerdəki köşkündə yaşamağına icazə verildi. Özündən sonra bu köşkdə I Əbdülhəmid dönəmi şeyxülislamlarından olan oğlu Əsad Əfəndi yaşamış, ardından Sultan Əbdülhəmid dönəmində dövlət xəzinəsinə verilmişdir. Abdullah Əfəndi 1761-ci ilin iyununda burada vəfat etdi. Cənazəsi Əyyubsultanda Siyavuş Paşa türbəsinin yaxınlığına – müəllimi və qaynatası Qara Xəlil Əfəndinin yanına dəfn edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- İzzî, Târih, İstanbul 1199, s. 204a, 273a.
- Vâsıf, Târih, I, 46–47, 198–200.
- Devhatü’l-meşâyih, s. 98–99.
- Sicill-i Osmânî, III, 383.
- Osmanlı Müellifleri, II, 481–483.
- İlmiyye Salnâmesi, s. 527.
- Uzunçarşılı, Osmanlı Tarihi, II, 481–484.
- Hediyyetü’l-ʿârifîn, I, 474.