Şıxbabalı türbəsi (Ağdam)

Şıx Baba piri Yaradılma tarixi etibarı ilə ən qədim binalardan biri olan Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə.[1]

Şıxbabalı türbəsi
Ölkə  Azərbaycan
Şəhər Ağdam
Yerləşir Şıxbabalı kəndi
Aidiyyatı sufizm
Tikilmə tarixi 1272
İstinad nöm.5870
ƏhəmiyyətiYerli əhəmiyyətli

Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır.[2]

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir.[3] Türbənin yeraltı sərdabə hissəsi də vardır.Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla bərabər, çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.İkiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir. Bu səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir boğaz şəklində verilmişdir. Bu forma ancaq Möminə Xatun türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə meydana çıxmışdır. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür. Türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır.[4]

  1. "Ağdam rayonunun Şıxbabalı və Zəngilan rayonunun Qaragöl kəndləri". kepeztv.az. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2021.
  2. "Erməni vandalizmi". rmenianvandalism.preslib.az. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2021.
  3. "Ağdamın el-oba adları" (PDF). sdf.gov.az. 2021-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 sentyabr 2021.
  4. "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]